“Il Primato Nazionale”: “Dağlıq Qarabağ respublikası”nda keçirilən seçkilər beynəlxalq birlik tərəfindən tanınmır”
Tarix: 21.09.2015 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


İtaliyanın “Il Primato Nazionale” xəbər saytında “Dağlıq Qarabağ Respublikası”nda sentyabrın 13-də “özünüidarə orqanları”na keçirilən seçkilərin təhlil olunduğu və bu prosesin beynəlxalq birlik tərəfindən qanunsuz dəyərləndirildiyi məqalə yerləşdirilib.
Məqalədə bildirilir ki, beynəlxalq birlik tərəfindən müstəqilliyi tanınmayan qondarma Dağlıq Qarabağ respublikasında keçirilən bu “seçkilər” rəsmi Bakı, beynəlxalq və regional təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən qeyri-qanuni qiymətləndirilir. Rəsmi Bakının mövqeyinə görə, Ermənistan bu “seçkiləri” təşkil etməklə təcavüzkar siyasətini davam etdirdiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə həvəssiz yanaşdığını bir daha göstərmiş oldu. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatlarında bu “respublika”da hərbi, maliyyə və siyasi sahələrin birbaşa Ermənistanın nəzarətində olduğu qeyd edilir. Bu faktı Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə elan etdiyi qərar da təsdiqləyir.
Yazıda vurğulanır ki, cari ayın 11-də ISESCO da qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən bu seçkilərin nəticələrini tanımadığını, bu cür halların beynəlxalq hüquqa uyğun olmadığını və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsi ilə ziddiyyət yaratdığını bəyan edib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məscidlər, tarixi abidələr, Azərbaycan xalqının və İslam dininin mühüm elementlərini əks etdirən digər tikililər də dağıdılmaqdadır. Bu səbəbdən qurum Azərbaycanı dəstəkləməkdə davam edəcək. Müvafiq məsələ ilə bağlı oxşar mahiyyətli bəyanat İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də verilib.
Müəllif oxucuların diqqətinə çatdırır ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ölkəsinin Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını, keçirilən “seçkiləri” regionun hüququ statusuna təsir göstərən nəticələr kimi qəbul etmədiyini bildirib.
Münaqişənin tarixindən bəhs olunan yazıda qeyd edilir ki, bu problem nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal olunub. 1994-cü ildə münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupunun müvafiq istiqamətdə səylərinə baxmayaraq, hələ də müsbət həll yolu tapılmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info