“Təhlükəsiz iş aylığı” çərçivəsində 22 rayonun işəgötürənlərinin iştirakı ilə “Açıq qapı” günü keçirib
Tarix: 21.09.2015 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Şirvan şəhərində nazirliyin 9, 10, 11, 14, 15 və 16 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələrinin və ümumilikdə 22 rayonun işəgötürənlərinin iştirakı ilə “Açıq qapı” günü-vətəndaş forumu keçirib. “Təhlükəsiz iş aylığı” çərçivəsində keçirilən tədbir istehsalat qəzası riski yüksək olan iş yerlərində, o cümlədən avtoservis məntəqələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə işəgötürənlərin maarifləndirilməsi, onların bu məsələyə diqqətinin artırılması məqsədinə xidmət edib.
Tədbirdə DƏMX-in mütəxəssisləri ölkəmizdə çoxsaylı yeni müəssisələrin, iş yerlərinin açıldığı şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələsinin də aktuallaşdığını diqqətə çatdırıblar. Xidmətin həyata keçirdiyi dövlət nəzarətinin mühüm bir istiqamətinin iş yerlərində əməyin mühafizəsinin təşkilinə yönəldiyi və bu sahəyə nəzarətin daim gücləndiyi bildirilib. Qeyd olunub ki, hələ ötən ilin sentyabrında ölkəmizdə “Təhlükəsiz iş həftəsi”, cari ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” keçirilib. Bu tədbirlər çərçivəsində istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin mühafizəsi vəziyyəti yerindəcə araşdırılaraq, aşkar olunan nöqsanlar aradan qaldırılıb. Həmçinin işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması təmin olunub. Hazırda da “Təhlükəsiz iş aylığı” üzrə müvafiq Tədbirlər planı əsasında bu istiqamətdə işlər davam etdirilir.
Vurğulanıb ki, görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalır. Təkcə cari ilin cari ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Habelə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında 38,3 faiz azalma özünü göstərib. Tədbirdə DƏMX-in mütəxəssisləri tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə ətraflı məlumatlar, praktik bilgilər, izahatlar verilib, işəgötürənlərin iş yerlərində, habelə istehsalat qəzası riskinin yüksək olduğu avtoservis müəssisələrində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info