Müxalifət Əkrəm Əylisli məsələsində hələ də susur...
Tarix: 06.02.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Əkrəm Əylisli özünün Azərbaycan xalqının mənliyini, heysiyyətini təhqir edən əsərinə qarşı təhqir etdiyi cəmiyyətin sərt təpkisi ilə üzləşib. Təbii ki, onun Azərbaycan cəmiyyətinə, Azərbaycan insanlarına özünü doğrultmaq üçün deməyə heç bir arqumenti, məntiqi yoxdur. Azərbaycan xalqı isə öz heysiyyətinin bu cür təhqir olunması, Əkrəm Əylislinin qələmi ilə bu cür eybəcər şəkildə təsvir olunması ilə barışmaq istəmir və buna görə də xalqın nümayəndələri, ziyalıları Ə.Əylisliyə qarşı iradlarını, hiddətlərini ifadə edirlər. Əkrəm Əylisli isə bu haqlı iradların, qınağın qarşısında dayanmaq, tənqid olunmaqda dözümsüzlük göstərir.
Bu azmış kimi, dübarə Azərbaycan cəmiyyətini sanki yad bir ölkə kimi ittiham etməyə çalışır. Deyəsən, bu adam anlamır ki, “əsər”ində ağır təhqir etdiyi xalq, əlbəttə ki, onun başını “sığallamamalıydı”. Axı o, “Daş yuxular” adlı cızma-qarasında Azərbaycan xalqına qarşı ağır ittihamlar, təhqirlər işlədib. O, həmin “əsər”ində erməni-azərbaycanlı, Dağlıq Qarabağ münaqişəsinin motivlərini təhrif edərək tamamilə əksinə göstərməyə çalışıb. Yəni əsərdə guya azərbaycanlılar təcavüzkar, ermənilər isə məzlum və azərbaycanlı-türk zülmünə məruz qalan “fağırlar” kimi göstərilir. O da məlumdur ki, Əkrəm Əylislinin ermənipərəst mövqeyindən yazılmış “Daş yuxular”ı ermənilər üçün sanki göydəndüşmə olub. Belə ki, əvvəlcədən bu əsərin ermənilərin diqqətini cəlb edəcəyi, ermənilərin informasiya savaşında bundan bəhrələnəcəyi bildirilirdi. Belə də oldu. Hazırda onun azərbaycanlıların heysiyyətini təhqir edən əsəri ermənilərin hər yerdə istinad etdikləri bir “mənbə”yə çevrilib. Erməni mediası gündəmi Əkrəm Əylisliyə həsr edilmiş tərifli yazılarla doldurub. Erməni saytları və radiosu onunla bağlı intensiv olaraq yazılar, süjetlər yaydı və indi də yayır. Bu azmış kimi, onlar Əkrəm Əylislinin özündən şəxsən müsahibələr götürüblər, Əkrəm Əylisli də onlara eyni həvəslə müsahibə verir. İndi belə əməlləri törədən, Ermənistana, ermənilərə canla-başla xidmət göstərən bir adamı niyə Azərbaycan xalqı, cəmiyyəti qəbul etməlidir? İndi Azərbaycanda ictimai səviyyədə sərt təpki və qınaqla qarşılaşan Əkrəm Əylisli elədiyi əməldən yayınmaq üçün özünə qarşı təzyiq olduğunu iddia edir. O, cəmiyyətin qınağını “sovet dövrünün 37-ci il repressiyası” ilə müqayisə edir. Halbuki burada da onun xəstə “yazıçı” təxəyyülünün ilğımdan qaynaqlandığı və yanlış olduğu üzə çıxır. Çünki 37-ci il repressiyası ilə hazırda ona qarşı cəmiyyətin qınağı tamam başqa məsələlərdir. Belə ki, 37-ci ildə biz milli, müstəqil dövlətin vətəndaşları deyildik. Buna görə də o dövrdə əsasən milli mənliyə malik, milli məfkurə ilə yazan və kommunizm ideologiyasının qəliblərindən kənara çıxan ziyalılarımız SSRİ dövlətinin “qırmızı” terroruna məruz qalırdı. Hazırkı situasiyada isə Əkrəm Əylisli öz xalqına qarşı əsəri ilə “repressiya” həyata keçirib. Buna görə də onun təhqir etdiyi, şəhidlərinin, erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarının ruhunu incitdiyi xalq öz cavabını verir. Burada Azərbaycan dövlətinin məsələ ilə bağlı heç bir təsiri yoxdur. Prosesləri izləyənlər də gözəl bilirlər ki, bu adamın həmin əsəri mediaya gələn kimi yalnız ictimai səviyyədə və müxtəlif kateqoriyalı vətəndaşlarımız tərəfindən Əylisli qınanmağa başladı. Ona görə də Əylislinin Azərbaycan xalqına təhqirlərinə qarşı sırf ictimaiyyətin apardığı narazılıqdan söhbət gedə bilər. Bu baxımdan Əylislinin hansısa bəhanələr gətirməsinə heç bir lüzum yoxdur. Orası başqa məsələdir ki, o, Azərbaycan cəmiyyətinin qınağından da yenə özümüzə qarşı istifadə etməyə çalışır və bununla da yenə də azərbaycanlıları “qaniçən” kimi qələmə verməyə uğursuz cəhdlər edir. Əlbəttə, belə bir antiazərbacanlı əsər yazan adam ampluasını da sona qədər oynamaq istəyir və xalqdan üzrxahlıq etməyi də düşünmür. Yəqin ki, perspektivdə ermənilərin qoynunda özünə rahat yer tapacağını düşünür. Zatən, özünün və həyat yoldaşının “köçməklə” bağlı açıqlamaları da bundan xəbər verir. Ona görə də ölkəmizə və xalqımıza yad olduğunu bu adam hər məqamda eyhamlamaqdan da çəkinmir...

Cəmil Həsənli niyə susur?

Əlavə edək ki, dünənki yazımızda xüsusilə vurğulamışdıq ki, ictimaiyyətin güclü təpkisinə baxmayaraq, AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər kimi müxalif başçılar tərəfindən də bu Əkrəm Əylisli məsələsinə heç bir reaksiya və münasibət yoxdur. Halbuki bu cür müxalif başçılar dəfələrlə özlərinə lazım olan məsələlərdə “ictimai rəyin aktiv olmamasından” gileylənirlər. Eynilə də özlərini ziyalıların təmsilçisi kimi təqdim edən “Ziyalılar Forumu”nun üzvlərindən də bu məsələ ilə bağlı səs-soraq çıxmadı. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Əkrəm Əylisli “Ziyalılar Forumu”na bağlı şəxsdir və tez-tez bu qurumun iclaslarında iştirak edir. Bəs niyə bu qurumun üzvləri millətin ziyalısı kimi milli mənafedən və heysiyyətdən çıxış etmirlər? Özünə “Azərbaycan ziyalısı” deyən şəxslər belə bir məsələdə öz mövqeyini ortaya qoymursa, bəs nə vaxt qoyacaq? Qəribə burasıdır ki,onlar nə Əkrəm Əylislinin əleyhinə, nə də lehinə danışmırlar. Əgər onunla razıdırlarsa, buyursunlar, mövqelərini bildirsinlər. Artıq tarixçilərin Əkrəm Əylislinin əsərini pisləyən bəyanatı da yayıldı. “Ziyalılar Forumu”nun üzvü olan Cəmil Həsənli isə tanınmış tarixçi hesab edilir. Bəs o, niyə susur? Görünür, burada “siyasi təəssübkeşlik”, “partiya təəssübkeşliyi” milli maraqları və mənafeyi üstələyir... Bu isə özlüyündə ziyalılıqla bağlı çox məqamlardan xəbər vermiş olur...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info