Azərbaycan idmançısı Rio üçün lisenziyanın bir addımlığında
Tarix: 21.09.2015 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevtsov karyerasında yeni mərhələyə qədəm qoyub. Triatlon Federasiyasından verilən məlumata görə, cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda dünya seriyasının finalında iştirak etmək hüququ qazanıb.
Belə ki, o, bu yarışın ilkin mərhələsində 11-ci yeri tutub. Avropa Oyunlarının bürünc medalçısı bununla da Rio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazanıb.
Azərbaycan yığmasının idmançısı yarışda London-2012 olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqlayıb. Pevtsov, eyni zamanda Avropa Kubokunun qalibi rusiyalı Dmitri Polyanski və ilk Avropa Oyunlarının gümüş medalçısı portuqaliyalı Joao Pereyranı da üstələyib.
Dünya seriyasının finalı beynəlxalq təqvimdə ən gözlənilən mübarizədir. Olimpiadadan sonra triatlon üzrə ikinci ən böyük yarış olan dünya seriyasının finalını bəzən Dünya Çempionatı da adlandırırlar. Bu dəfə 75 idmançının iştirak etdiyi kişilərin yarışında ispan Mario Mola qalib olub. Dünya seriyasının bütün mərhələlərinin yekun nəticəsinə əsasən isə İspaniya yığmasının digər üzvü Xavyer Qomes karyerasında üçüncü dəfə birinci yerə layiq görülüb. Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Pevtsov olimpiya lisenziyasına bir qədər də yaxınlaşıb. Təmsilçimiz artıq Rioya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib. Qeyd edək ki, 2016-cı il mayın sonlarında təsnifat mərhələsi başa çatacaq və lisenziyaların sahibləri rəsmən elan olunacaq.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info