AMEA-da Şəhriyara həsr edilən elmi-praktiki konfrans
Tarix: 21.09.2015 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ədəbiyyat İnstitutu və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Məhəmmədhüseyn Şəhriyara həsr edilmiş “Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse- prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafında rolundan, ədəbiyyata verdiyi töhfələrdən danışıb. Sentyabrın 15-də İran İslam Respublikasının Təbriz şəhərində “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdimat mərasiminin keçirildiyini söyləyən İ. Həbibbəyli tədbir çərçivəsində şairin yaradıcılığını araşdıran görkəmli alimlərə “Məhəmmədhüseyn Şəhriyarın mədəniyyət ordeni”nin təqdim edildiyini bildirib. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin M.Şəhriyarı XX əsrin ən görkəmli şairlərdən biri olduğunu deyib, Azərbaycan və İran ədəbiyyatlarının fəxri kimi dəyərləndirib. Azərbaycan-İran əlaqələrindən də söz açan M.Pakayin iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini bildirib. Daha sonra AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Ustad Məhəmmədhüseyn Şəhriyar haqqında söz” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı, İran Mədəniyyət Mərkəzinin sədri, İbrahim İbrahimli və başqaları Şəhriyarın yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşüblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info