“Moskvanın müdaxiləsi Suriyada müharibəyə son qoya bilər”
Tarix: 22.09.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Obama administrasiyasına görə, Moskvanın Suriyaya göndərdiyi “hava-yer” raketləri bu ölkədə Rusiyanın hərbi potensialının sürətlə artması üçün ciddi suallar doğurur.
"The Financial Times" yazır ki, Suriyaya göndərilən yeni silahlar regionda ABŞ və İsrailin başçılıq etdiyi koalisiya təyyarələrinin rus qoşunları ilə toqquşması riskini artırır. Ötən şənbə, ABŞ dövlət katibi Con Kerri Rusiyanın bu addımının hava hədəfləri və digər hərbi təyyarə potensialı üçün böyük təhlükə yaratdığını bəyan edib. Moskva isə Rusiyanın bu münaqişədə hərbi iştirakının regiondakı terrorçu qruplaşmalara, “İŞİD”-ə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Londonda mətbuat konfransında çıxış edən Con Kerri bir daha “hava-hava” tipli silahların münaqişə zonasına gətirilməsinin ciddi suallar doğurduğunu bir daha dilə gətirib. Ötən həftə ABŞ rəsmilərindən biri bildirib ki, Rusiyanın Suriyaya göndərdiyi yeni zenit raketləri Moskvanın niyyətlərinin əsas göstəricilərindən biri olsa da, bu, “İŞİD”-ə qarşı mübarizə üçün heç bir effekt verə bilməz . Qeyd edilməlidir ki, bu günə qədər Latakiyə yaxın aerodromda Rusiyanın hərbi helikopterləri, artilleriya qurğuları, tankları, həmçinin hərbi qulluqçularının böyük bir hissəsi yerləşdirilib. Dövlət katibi bir daha təkrar edib ki, Bəşər Əsəd hər hansı sülh müqaviləsi üzrə öz postunu tərk etməlidir. Kerriyə görə bu, ölkədə vətəndaş müharibəsinə də son qoya bilər. Bununla yanaşı, o, Əsədin öz postundan könüllü surətdə gedəcəyi təqdirdə ABŞ-ın da bir çox güzəştlərə hazır olduğunu bidirib. Kerri, eyni zamanda, son dövrlər Suriyada öz hərbi varlığını artırmaqda davam edən İran və Rusiyaya da Bəşər Əsədi hakimiyyətdən getməyə razı salmaları üçün çağırış edib: “Biz dəfələrlə bəyan etmişik: onun hakimiyyətdən getməsi üçün dəqiq gün, dəqiq ay, ümumiyyətlə, müəyyən bir tarix və ya vaxtda israr etmirik. Lakin görünən budur ki, hazırda Əsəd hər hansı bir danışıqlar aparmaqdan imtina edir. Əsəd danışıqlara hazırdırmı? Rusiya Bəşər Əsədi danışıqlar stolu arxasında əyləşdirib, yaranmış münaqişənin həllini tapmağa hazırdırmı?”. Qeyd edilməlidir ki, dövlət katibi bu çıxışını ABŞ-ın müdafiə naziri Eşton Karterin rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündən bir gün sonra edib. Xatırladaq ki, iki müdafiə nazirinin görüşündə Rusiyanın Əsəd rejiminə artan hərbi dəstək və Suriyadakı müharibənin doğurduğu narahatlıqlar müzakirə edilmişdi. Bu danışıqlar Moskvanın Suriya ordusuna dəstək vermək üçün bu ölkəyə hərbi qüvvələr göndərəcəyi barədə yaydığı məlumatdan sonra başlamışdı. Kreml açıq şəkildə Suriyada Əsəd rejimini dəstəkləyən imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bəyan etmişdi. Bununla Moskva Suriyada hərbi iştirak səviyyəsini artırmağa hazırlaşdığını açıq şəkildə bəyan edib. “Belə bir müraciət daxil olarsa, biz təbii ki, ikitərəfli münasibətlər və dialoq çərçivəsində bunları nəzərdən keçirəcəyik”,-deyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Suriyanın xarici işlər naziri Vəlid Muallemin “Dəməşq ehtiyac yaranırsa Rusiyadan Suriya ordusuna hərbi yardım göstərməyi xahiş edəcək” fikrinə münasibət bildirərkən bildirib. Məsələ bundadır ki, son həftələrdə Rusiyanın Suriyadakı hərbi iştirakı Obama administrasiyası üçün sürpriz olub. Bununla yanaşı, ABŞ-ın bu regiondakı strategiyası da yerli siyasətçilər tərəfindən tənqid edilir. Lakin belə bir ehtimalı var ki, Moskvanın fəal müdaxiləsi münaqişənin siyasi həllini tapmağa və vətəndaş müharibəsinə son qoyulmasına zəmin yarada bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info