Yaqub Mahmudov: “Əkrəm Əylislinin “yuxuları” Azərbaycan xalqı üçün xəyanətdir”
Tarix: 06.02.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Tarixçi alimlər yazıçının bütün mükafatlardan məhrum edilməsini tələb edirlər

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasının Əkrəm Əylislinin "Daş yuxular" romanında bəhs etdiyi tarixi məsələlərin müzakirəsinə həsr olunan iclası keçirilib.
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov iclasda bildirib ki, Azərbaycan tarixçiləri bu əsərdən çox narazıdır: «Lakin biz bu əsəri diqqətlə oxuyub, oradakı faktları tarixi sənədlərlə tutuşdurandan sonra münasibət bildirmək qərarına gəldik». O qeyd edib ki, bu əsərin məhz indi dərc olunmasının səbəbləri var: «Azərbaycan bu gün müharibə vəziyyətindədir. Eyni zamanda sürətlə inkişaf etmək istəyən Azərbaycanın qarşısını almaq istəyən xarici qüvvələr var. Ölkənin müharibə şəraitində olan dövründə belə bir romanın Rusiyanın "Drujba narodov" jurnalında dərc olunması ermənilərin işğal etdikləri torpaqların onlarda qalması ilə barışmaq niyyətini ortaya qoyur».

“Müəllif ermənilərə
çağırış edir ki, gəlib Əylisə sahib dursunlar”


Tarix İnstitutunun direktoru deyib ki, əsərin yazılmasının tarixi şəraiti də var: «Erməni təcavüzkarları 2015-ci il qondarma "erməni soyqırımının" 100 illiyinə ciddi hazırlaşırlar, bütün qüvvələrini işə salıblar. Bu hazırlıq işinin getdiyi şəraitdə "Daş yuxular" romanı yazılıb. Azərbaycanın ali ordeni ilə təltif olunmuş bir yazıçının "Daş yuxuları" yazılmasına mən bu gün də inana bilmirəm. Qan təzyiqimin enib qalxmasına baxmayaraq bir neçə dəfə bu əsəri oxumuşam». Y.Mahmudov bildirib ki, bu bədii əsər deyil, siyasiləşdirmək cəhdi olan əsərdir: «Əkrəm Əylislinin "yuxuları" Azərbaycan xalqı üçün xəyanətdir”. Y.Mahmudov qeyd edib ki, Əkrəm Əylisli öz «yuxularında» bütün azərbaycanlıların prototiplərini qəddar, şikəst və qeyri-etik sözlərlə təhqir edir, erməniləri isə mədəni, qəhrəmanlaşdırılmış formada verir: «Bu əsərdə yazılan birinci «yuxunun» mənası “soyqırımın” ermənilərin deyil, məhz türklər tərəfindən törədilməsidir. Əsərdə iddia edilir ki, Əylis ermənilərdən ötrü Məkkə, Mədinədir və ermənilərə çağırış edir ki, Əylisə sahib dursunlar, çünki guya erməni əlifbası məhz Əylisdə yaranıb. Əkrəm "yuxuda" görür ki, Əylis kiçik Parisdir və indi sönüb. Əkrəmin romanındakı erməni qəhrəmanı Anis Əylisdə ucadan mahnı oxuyur ki, ermənilər nə vaxtsa həmin torpağa qayıdacaq və məhz həmin vaxt ora cənnətə çevriləcək». İnstitut direktoru müəllifin görmədiyi və ya görmək istəmədiyi yuxulardan bəhs edib: «Əkrəm Əylislinin görmədiyi yuxu odur ki, necə oldu ki, onun "yeraz dəstələri" adlandırdığı insanlar Bakıya gəldi. O görmür ki, onlar tarixi İrəvan torpaqlarından qovulanlar, soyqırıma uğrayanların övladlarıdır. Müəllif "yuxularında" erməni cəlladlarının törətdiyi soyqırımları, Azərbaycanda Şəhidlər xiyabanını görmür, Dağlıq Qarabağ münaqişəsini, işğal olunan torpaqları, Şuşanı, Xocalını görmür”.

“Əgər bu əsəri yazmaq onun daxilindən,
ruhundan gəlirsə, problem onun
genetik kodundadır”


Tarix elmləri namizədi İsrafil Məmmədov Əkrəm Əylislinin bu əsərinin tək başına yazmadığını qeyd edib. İ.Məmmədov xatirələrini danışaraq Əkrəm Əylislinin ona hələ 1968-ci ildə erməni Hrantla görüşdüyünü bildirərək, onun Hrantın əsərlərini tərcümə etdiyini bildirib. O vurğulayıb ki, Əkrəm Əylisli bütün aldığı mükafatlardan məhrum edilməli və məsuliyyətə cəlb edilməlidir. Millət vəkili, tarixçi Fəzail İbrahimli iclasda bildirib ki, bu əsərə təsadüfi bir hadisə kimi baxmaq olmaz. Bu, uzun illər formalaşmış bir əqidənin ortaya qoyulmasıdır: «Müxtəlif peşə sahiblərinin xəyanətini biz görmüşük. Lakin şairlər, yazıçılar millətinin ruhunun daşıyıcısı olub, heç vaxt xalqına xəyanət etməyib. Əgər bu əsəri yazmaq onun daxilindən, ruhundan gəlirsə, problem onun genetik kodundadır». Millət vəkili deyib ki, Əkrəmin düşüncəsinə görə, bu əsərə görə Nobel mükafatı almaq istəyirsə, o baş tutmayacaq, çünki bu mükafat milli təəsübkeşliyinə görə verilir, xəyanətə görə deyil.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info