“Suriya ikinci cəbhə açmaq iqtidarında deyil”
Tarix: 22.09.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Suriyaya İsraillə hərbi əməliyyatlar lazım deyil. Çünki Dəməşqin hazırda qarşısında duran əsas məsələ dövlətçiliyi qoruyub saxlamaqdır”. TASS agentliyinə görə, bunu İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdə Rusiya prezidenti Vladimir Putin deyib: “İsrail ərazisinin atəşə tutulmasına gəldikdə isə biz bunu qınayırıq. Məlumdur ki, atəş kustar üsulla hazırlanmış raket sistemlərindən açılır. Suriya ordusu ikinci cəbhə açmaq iqtidarında deyil”. Putin Rusiyanın Yaxın Şərq siyasətinin həmişə məsuliyyətli olacağını bildirib: “İsrail dövlətində keçmiş Sovet İttifaqından çıxmış çoxlu sayda insanlar məskunlaşıb. Bu isə dövlətlərarası münasibətlərimizdə xüsusi iz qoyur. Rusiyanın bölgədəki fəaliyyəti həmişə məsuliyyətli olacaq”. Öz növbəsində B. Netanyahu Moskvaya səfər səbəbinin regionda vəziyyətin pisləşməsi ilə bağlı olduğunu gizlətməyib. “İsrail və Rusiyanın ümumi marağı Yaxın Şərqdə sabitliyin qorunmasıdır. Mən təhlükəsizlik sahəsində gərgin vəziyyətə görə buradayam. Vəziyyət günü-gündən gərginləşir”. İsrail baş naziri İran və Suriyanı Qolan təpələrində İsrailə qarşı ikinci terror cəbhəsi açmaqda ittiham edib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info