“Xarici KİV-ləri təmsil edənlər fəaliyyətlərini qanunlar çərçivəsində qurmalıdırlar”
Tarix: 22.09.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Təəssüf ki, bir sıra xarici kütləvi informasiya vasitələrinin ölkəmizdəki nümayəndələri KİV haqqındakı Azərbaycan qanunvericiliyinə riayət etmək isəmirlər.Müvafiq dövlət orqanlarının dəfələrlə müraciət etməsinə baxmayaraq belə KİV-lər sadələşdirilmiş akkreditasiya qaydalarına belə, əməl etmək istəmirlər.
Buradan da belə bir məntiqi sual doğur. Onlar adi prosedur qaydalara əməl etməməklə hansı məqsədi güdürlər. Fikrimizcə, qəsdən belə edirlər ki, rəsmi orqanlar onlardan qanunlara əməl etməyi tələb edəndə səs-küy salsınlar ki, “Azərbaycanda azad media mühiti yoxdur” və dərhal da xaricdəki antiazərbaycan qüvvələri hərəkətə gətirsinlər. Oxuculara bu yaxınlarda baş vermiş bir hadisəni xatırlatmaq istəyirik. Vaxtilə Avropa Parlamentinin deputatı olmuş italyan jurnalist Cülyetta Kyezanın Estoniyadan qovulması haqda qərar qəbul edildi.Polis onu şəhərə belə, çıxmağa qoymadı, mehmanxanadan birbaşa hava limanına, oradan da məmləkətinə göndərdilər.Çünki o, səfərə gəldiyi ölkənin KİV haqqında qanunvericiliyini pozmuşdu... Azərbaycana irad tutanlar bu faktı yadda saxlasalar yaxşı olar.
Mütəxəssislər də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na hər kəsin əməl etməsini vacib sayırlar. Onlar əks- təqdirdə müəyyən qanun pozuntularına görə belə şəxslərin məsuliyyətə cəlb olunmasını qaçılmaz hesab edirlər.
Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz siyasi şərhçi Arzu Nağıyev “Palitra”ya verdiyi açıqlamada dedi ki, Azərbaycan qanunlarının tələblərini pozan istənilən şəxs, KİV nümayəndəsi və s. barədə müvafiq orqanlar tərəfindən qanun çərçıvəsində ölçü götürülməlidir: “Əgər söhbət kütləvi informasiya vasitələrindən gedirsə, əsas sənəd kimi 2015-ci il martın 18-də təsdiq edilən “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” nəzərə alınmalıdır. Çünki dünya praktikasına istinad olaraq qəbul edilən bu sənəd, KİV redaksiyalarının və jurnalistlərin müstəqil fəaliyyətinə, sərbəst şəkildə informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Lakin bununla yanaşı, həm yerli, həm də Azərbaycanda xarici KİV-ləri təmsil edən jurnalistlər və nümayəndələr fəaliyyətlərini qanunlar çərçivəsində qurmalı və müvafiq qeydiyyatdan keçməli və fəaliyyətlərini qanuniləşdirməlidirlər. Təbii ki, xarici KİV -lər və nümayəndələri Xarici İşlər Nazirliyində elektron formada akkreditasiya prosesindən keçməlidirlər. Yəni necə ola bilər ki, Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən KİV-ləri bu prosedurdan keçir, onlar isə bizdə yox, Deməli, qanunsuz fəaliyyət göstərirlər. Məhz buna görə də Azərbaycan qanunlarının tələblərini pozan istənilən şəxs, KİV nümayəndəsi və s. barədə müvafiq orqanlar tərəfindən qanun çərçıvəsində ölçü götürülməlidir…”
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info