Radikalların dözümsüzlüyü
Tarix: 21.09.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər
Fuad HÜSEYNZADƏ |

Danışmaq, söz demək insana verilən ən ali nemətdir və hər kəsin bu imkandan lazımi qaydada yararlanmaq haqqı var. Şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra insanlara söz, fikir söyləmək sərbəstliyi verilib. Ən əsası isə kütləvi informasiya vasitələrinin azadlığı təmin edilib. Çünki kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm atributu hesab olunur.
Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Bu imkanlar iqtidarlı- müxalifətli bütün media orqanlarına verilib. Lakin bu imkanlardan bəs qədər yararlanan müxalifət mediası, əsasən də “Azadlıq” radiosu və onun Azərbaycandakı “nümayəndəliyi” olan “Azadlıq” qəzeti bir çox hallarda hakimiyyəti qərəzli şəkildə ittiham etməkdən də qalmır. Azərbaycanın sevincinə kədərlənən, əksər yazıları yalan və şübhə üzərində qurulan bu media orqanlarının fəaliyyəti artıq ictimai qınağa səbəb olub. Məhz bu səbəbdən hər iki “Azadlıq”ın saytlarında verilən yazılara ictimaiyyət nümayəndələrinin şərh yazmasına məhdudiyyətlər qoyulub. Əvvəllər moderatorlar tərəfindən saytlarda yazılara verilən şərhlərin bəzisi silinirdi. Daha bu tənqidə dözə bilməyən “azadlıq aşiqləri” artıq hər iki KİV-in saytında şərh bölməsini bağlayıblar. Bu məhdudiyyət hər iki media orqanının, eləcə də radikal müxalifət nümayəndələrinin “Fasebook” səhifələrində də var. Onları kəskin tənqid edən insanların ya şərhlərini silirlər, ya da “blok” edirlər. Bütün bunlarda məqsədləri Qərb ağaları qarşısında üzlərinin ağ olmasını göstərməkdir. Yəni tənqid şərhləri az olduqda, onlar donorları qarşısında uğurları barədə rahatca danışırlar. Göstərmək istəyirlər ki, bu qədər adam içərisində kimsə onlara qarşı yazmayıb. Hansı ki, onların bu əməli nə adlarına, nə də peşə etikasına uyğun gəlmir. Özləri azadlıqdan danışan belələri, əslində, bu addımları ilə tənqidə qarşı dözümsüz olduqlarını etiraf edirlər. Eyni zamanda onlar ifşa olunmaqdan qorxurlar. Bu, azad söz danışana daş atmaq, demokratiyaya balta vurmaqdır.




 
Müəllifin son yazıları

30.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
23.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli
04.11.2016 Dünya azərbaycanlılarının döyünən ürəyi
17.08.2015 Sosial şəbəkə vərdişləri

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info