Azərbaycanla İndoneziya arasında enerji sahəsində əməkdaşlığın geniş perspektivləri var
Tarix: 22.09.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


İndoneziyanın nümayəndə heyəti Energetika Nazirliyində olub.
Azərbaycanın Energetika Nazirliyində İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru, Qusti Nyoman Viratmaca Pucanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, energetika naziri Natiq Əliyev Azərbaycanla İndoneziya arasındakı münasibətlərin inkişafından, belə görüşlərin əməkdaşlıq əlaqələrinin dərinləşməsindəki rolundan bəhs edib.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan nazir bildirib ki, Azərbaycanın yeni mərhələdə enerji məsələləri ilə bağlı üzərinə götürdüyü missiya ölkəmizi neft-qaz hasilatçısı, ixracatçısı kimi ənənəvi çərçivələrdən kənara çıxartmaqla yanaşı, bütün dünyaya energetika sahəsində həm də zəngin təcrübəyə, peşəkar imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edir.
Neft emalı sahəsində zəngin təcrübə toplamış Azərbaycan üçün İndoneziya ilə enerji sahəsində əməkdaşlıq geniş perspektivlərə malikdir.
İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru, Qusti Nyoman Viratmaca Puca da öz növbəsində Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsindən bəhrələnmək niyyətlərini ifadə edib.
O, ölkəsinin gələn ay “Enerji Forumu”nun keçirilməsi təklifi barədə məlumat verərək, deyib ki, bu tədbir ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə, iş adamlarının yeni imkanlarla tanışlığına töhfə verəcək.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə İndoneziyanın “Pertamina” dövlət neft şirkəti arasında uğurlu əməkdaşlıq münasibətlərinə də diqqət yönəlib.
2014-cü ildə Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin həcminin 2.045,07 mln., o cümlədən idxalın həcminin 32,75 mln., ixracın həcminin 2.012,32 mln ABŞ dolları təşkil etdiyi, xarici ticarət saldosunun müsbət 1979,57 mln. ABŞ dolları olduğu diqqətə çatdırılıb. 2015-ci ilin yanvar-mart aylarında İndoneziyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 2,95 faiz, o cümlədən idxalda 0,42 faiz, ixracda 4,76 faiz təşkil etdiyi bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər də müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info