Belçika Senatının fəxri spikerindən Azərbaycanla bağlı Avropa Parlamentinə etiraz
Tarix: 22.09.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Belçika Senatının fəxri spikeri Ann-Mari Lizin Avropa Parlamentinin sədri Marten Şulsa etiraz məktubu ünvanlayıb. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından verilən məlumata görə, məktubda deyilir:
“Cənab sədr Şuls, sizinlə həm Azərbaycanda qadınları ilə bağlı həyata keçirdiyim fəaliyyət haqqında təəssüratlarımı (uzun illərdir qadın hüquqları sahəsində çalışıram), həm də Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı dərin təəssüfümü bölüşmək istərdim. Azərbaycan xalqı özünü avropalı hiss etmək istəyir, lakin bizim addımlarımız onları yenidən Rusiyanın təsiri altına atır.
Bir qrup azərbaycanlı qadın ilə birlikdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməsini oxudum. Tərəfdaşlar arasında olan problemlərin və məsələlərin aradan qaldırılmasının müxtəlif yolları mövcuddur. Təəssüf ki, bu qətnamə nə konstruktiv, nə də haqlı mahiyyət daşıyır. Avropa İttifaqının Şərq qonşuluğunda çoxsaylı problemlər mövcuddur və bu cür yanlış qərarlar Rusiyanın Cənubi Qafqazdakı təsirinin artdığı bir zamanda Aİ-nin regiondakı gücünü azaldır.
Əgər biz müsbət bir nəticənin əldə olunmasını istəyiriksə, Azərbaycanla əlaqə vasitələrimizi açıq saxlamalıyıq: Azərbaycan və digər Şərq tərəfdaşlarımız ilə daha yaxşı dialoqa ehtiyacımız var. Azərbaycanda qadın qrupları arasında dostlarımın hakimiyyətlə heç bir əlaqəsi yoxdur, onlar qadın hüquqlarının inkişafı üçün böyük işlər görürlər. Lakin gördüyüm qədəri ilə Avropa Parlamentinin qətnaməsi Aİ və Azərbaycan arasında münasibətlərə mənfi təsir göstərib. Bu fakt bir çoxlarını, o cümlədən Aİ ilə daha yaxın əməkdaşlığı dəstəkləyənləri məyus edib. Bu cür cəhdlər heç bir müsbət nəticə verməyəcək. Avropa Parlamenti Azərbaycanla daha yaxından dialoq qurmalıdır və əgər biz konkret nəticələr görmək istəyiriksə, bu proses konstruktiv şəkildə baş verməlidir.
Hörmətli Martin,
Siz sədr olaraq dialoqun bərpası üçün düzgün təkan verə biləcək yeganə şəxssiniz. Tamamilə Rusiyanın təsiri altında olan lakin Avropa dairələri tərəfindən heç vaxt tənqid olmayan Ermənistan nümunəsi olduğu üçün, Azərbaycan özünü ikili standartların qurbanı hiss edir. Niyə biz Ermənistandakı məsələləri heç vaxt gündəmə gətirmirik, əvəzində fokusda yalnız Azərbaycan olur? Bir çox azərbaycanlı bu ikili standartı görür və bu, öz növbəsində, Aİ-nin regiondakı səylərinin mümkün müsbət təsirlərini azaldır.
Çox ümid edirəm ki, siz, sədr kimi Azərbaycanla dialoqun yenidən qurulması və məsələlərin konstruktiv şəkildə müzakirəsinə yönəlmiş addımların atılması üçün Avropa Parlamentindəki dairələrə təsir göstərəcəksiniz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info