ATGTİ-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Sankt-Peterburqa səfər edəcək
Tarix: 22.09.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İnformasiya Texnologiyaları Departamentinin direktoru Samir Quliyev 22-25 sentyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının növbəti payız sessiyasında iştirak etmək üçün səfər edəcək.
ATGTİ–nin mətbuat katibi İlqar Talıbovun verdiyi məlumata görə, Azərbaycan daxil olmaqla, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Ermənistan dövlətlərindən gənc parlamentariləri özündə birləşdirən Assambleya 2012-ci ilin 22 noyabr tarixindən fəaliyyətə başlamış, MDB-nin iştirakçı olan dövlətlərinin siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqlarının inkişafı prosesinə gənc parlamentarilərin cəlb olunması, gənc parlamentarilərin təcrübə mübadiləsi və dialoq üçün şəraitin yaradılması, MDB-nin gənclər təşkilatlarının nümayəndələri arasında parlament diplomatiyasının və hüquq mədəniyyətinin formalaşması, gənc nəsil arasında vətəndaş fəallığının artırılması kimi məqsədlərə xidmət edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisin, Gənclər və İdman Nazirliyinin və digər QHT-lərin nümayəndələri də ölkəmiz adından tədbirdə iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info