“ASAN xidmət”ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb
Tarix: 22.09.2015 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanları 21 sentyabr 2015-ci il tarixdə başa çatıb.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan verlən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 189 qadın namizəd olmaqla 772 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin 83.29%-ni gənclər təşkil edib. Namizədlərdən 362 nəfəri (46,89%) test imtahanında iştirak etməyib.
Test imtahanı mərhələsində iştirak edən 344 namizəddən 19-u qadın olmaqla 66 nəfəri bu mərhələdə uğur qazanmışdır. Test imtahanı mərhələsi qaliblərinin 90.91%-i gənclər təşkil edib.
Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilmişdir. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanı mərhələsində uğur əldə edən namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün test imtahanı mərhələsi başa çatdığı gündən sonrakı 10 iş günü ərzində qanunvericiliklə müəyyən olunmuş sənədlərini Komissiyaya təqdim etməlidirlər. Bu müddət ərzində sənədlərini təqdim etməyən namizədlər müsahibə mərhələsinə buraxılmayacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info