Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı iki sənəd hazırlanır
Tarix: 06.02.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Transxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar aparılıb. Hazırda bununla bağlı iki sənədin layihəsi hazırlanır. Bunu jurnalistlərə sənaye və energetika naziri Natiq Əliyev deyib. Nazirin sözlərinə görə, birinci layihə siyasi bir sənəddir və Türkmənistan və Azərbaycanın dövlət başçıları və Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo tərəfindən imzalanmalıdır, yəni bu, dəhlizin reallaşması haqqında dəstəkdir və sənəddə Transxəzər qaz kəmərinin tikilməsinin vacibliyi bir daha qeyd olunacaq. İkinci sənəddə isə Transxəzər qaz kəmərinin tikilməsi haqqında Azərbaycan-Türkmənistan hökumətlərarası sazişinin hazırlanmasıdır. Eyni zamanda N.Əliyev layihənin əsas mübahisəli məsələsinin qazın harada təhvil verilməsi ilə bağlı olduğunu deyib. Belə ki, Türkmənistan ümumilikdə həmin kəmərlə ildə 30 mlrd. kubmetr həcmində təbii qaz ixrac edərək satmaq niyyətində olduğunu bildirsə də, qazın Xəzərin ona aid olan sahilində satılmasının tərəfdarıdır. Azərbaycan isə öz növbəsində qazı öz sahələrində təhvil almaq istəyir. Beləliklə, boru kəmərinin tikintisinin kim tərəfindən maliyyələşdirilməsi məsələsi açıq qalır: “Türkmənistanın mövqeyindən belə çıxır ki, o, kəmərin tikintisində iştirak etməməlidir. Azərbaycan isə tikintiyə investisiyanı yalnız müştərək şəkildə etməyə hazırdır”. Layihənin dəyərindən danışan N.Əliyev bəyan edib ki, 1998-ci ildə layihə təxminən 3 mlrd. ABŞ dolları səviyyəsində qiymətləndirilib, lakin sonradan layihə daha da bahalaşıb: “Məsələn, təkcə Xəzərin dibi ilə aparılacaq boru kəmərinin tikintisinə 1-2 mlrd. dollar tələb olunur”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info