“İran və AEBA arasındakı ziddiyyətlərə tezliklə son qoyulacaq”
Tarix: 22.09.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Rəsmi Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasındakı ziddiyyətlərə tezliklə son qoyulacaq.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.
“ABEA-nın baş direktoru Yukiya Amanonun İrana səfəri məhsuldar və səmərəli olub. Ümid edirəm ki, bugünkü əməkdaşlığımız 2015-ci ilin sonunadək uzun illər boyu davam edən ziddiyyətlərə son qoyacaq”, deyə Əli Əkbər Salehi bildirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Tehrana səfər edərək prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran parlamentinin üzvləri ilə görüşüb.
Y.Amano həmçinin Parçin şəhərində indiyədək ABEA nümayəndələrinin buraxılmadığı hərbi obyektə baş çəkib. ABEA-nın yaydığı bəyanata əsasən, nüvə obyekti təşkilatın təftiş və monitorinq standartlarına uyğun yoxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info