RYTN Argentina ilə nüvə tədqiqatları sahəsində əməkdaşlıq müzakirə edilib
Tarix: 22.09.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlər, o cümlədən rabitə, İKT, yüksək texnologiyalar, kosmik və nüvə texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb. Argentinanın kosmik və nüvə texnologiyalarının inkişafı sahəsində qazandığı uğurlardan danışan nazir Əli Abbasov ölkəmizdə də bu iki istiqamətin prioritet kimi önə çəkildiyini diqqətə çatdırıb, Azərbaycanın hazırda kosmik sahədə “Azərspace-1” – telekommunikasiya və “Azersky” - Yer səthinin məsafədən müşahidə peykinə malik olduğunu qeyd edib, dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyaları sahəsində həyata keçirilən layihələrdən söz açıb.
Argentina Respublikasının Xarici İşlər nazirinin müavini Eduardo Zuain də ölkələrimiz arasında son illər bütün istiqamətlər üzrə uğurlu müstəvidə davam edən əməkdaşlığın mövcud səviyyəsinin məmnunluq doğurduğuna diqqət çəkərək, gələcək əməkdaşlıq istiqamətləri, perspektivləri ilə bağlı öz fikirlərini paylaşıb, Argentinanın kosmik və nüvə texnologiyaları üzrə ixtisaslaşan “İNVAP” şirkətinin rəhbəri isə Azərbaycana təkliflərini səsləndirib. Görüşdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üzrə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də ətraflı müzakirə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info