Metronun “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci yolunda qatarların hərəkəti bərpa olunub
Tarix: 22.09.2015 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Sentyabrın 22-dən Bakı Metropoliteninin “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci yolunda qatarların hərəkəti bərpa olunub.
“Bakı Metropoliteni” QSC sədrinin müvafiq əmrinə uyğun olaraq, “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci baş yolunda sağlamlaşdırma işlərinin aparılması ilə əlaqədar cari ilin fevral ayından etibarən elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu, həmin sahədə görülən iş həcminin böyüklüyü və bu səbəbdən də tunelin sağlamlaşdırılması üzrə tədbirlərin gecə-gündüz aparılması tələbindən irəli gəlib.
Bu müddətdə sərnişinlərin daşınması mənzilin ikinci yolunda iki qatarın 10 dəqiqə intervalla hərəkəti ilə təşkil edilib. Nəzərdə tutulan sağlamlaşdırma işlərinin böyük həcmi artıq yerinə yetirildiyindən, işin qalan hissəsini yalnız gecə vaxtı, elektrik qatarlarının hərəkəti dayandıqdan və təmas relsindən gərginlik çıxarıldıqdan sonra yerinə yetirmək mümkündür.
Yeni tədris ilinin başlanması ilə əlaqədar metropolitendə sərnişin sıxlığı yarandığından, hal-hazırda “Cəfər Cabbarlı-Xətai” mənzilində bir elektrik qatarının məkik hərəkəti sərnişindaşıma tələbini ödəmir. Bundan əlavə, sözügedən mənzildə qatarların hərəkət etməməsi orada rütubətin səviyyəsini də xeyli artırıb, bu da tikililərə, qurğulara və avadanlıqlara mənfi təsir göstərir.
Bunları nəzərə alaraq “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci baş yolunda elektrik qatarlarının hərəkəti 8 dəqiqə intervalla bərpa olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info