Avtomobillərə texniki xidmətdə əməyin təhlükəsizliyinə həsr olunmuş forum
Tarix: 22.09.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


İstehsalat qəzalarının təhqiqatı zamanı belə halların əsasən iş yerlərində əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunur. Ona görə də hər bir işəgötürən bilməlidir ki, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilməməsi işçi insanların həyat və sağlamlığını təhlükə altında qoyur. Bu fikirlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakıda keçirdiyi “Açıq qapı” günü-vətəndaş forumunda vurğulanıb.
ƏƏSMN-nin 1, 2, 3, 4, 5 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələrinin və Bakı şəhərinin 10 rayonu üzrə işəgötürənlərin iştirakı ilə keçən tədbirdə hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnun olduğu vurğulanıb, əməyin mühafizəsi ilə bağlı vacib prinsiplər diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir. DƏMX tərəfindən respublikada növbəti dəfə “Təhlükəsiz iş aylığı”nın elan olunması və aylıq çərçivəsində keçirilən tədbirlər də işəgötürənlərin bu məsələyə diqqətinin və iş yerlərində əməyin mühafizəsinin təmin olunması ilə bağlı sosial məsuliyyətinin artırılmasına yönəlib.
Tədbirdə DƏMX-nin mütəxəssisləri müəssisələrdə, o cümlədən avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün norma və standartlar barədə işəgötürənlərə ətraflı məlumatlar, iş yerlərində texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsi ilə bağlı izahatlar veriblər. Ayrı-ayrı işəgötürənlər öz müəssisələrində əməyin mühafizəsinin təşkili sahəsində görülən işlərdən söz açıb, belə maarifləndirici tədbirlərin onların müvafiq sahədə bilik və təcrübələrinin artırılması üçün önəmli olduğunu bildiriblər. “Açıq qapı” günü-vətəndaş forumu işəgötürənlərin suallarının cavablandırılması ilə davam edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info