Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması tədbirlərini davam etdirir
Tarix: 22.09.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Belə ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsində Süleyman Aslanova məxsus mağazada; Suraxanı rayonunda Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10 ünvanında Elnur Namazova məxsus mağazada; Göygöl rayonunda Quşqara kəndində Elman Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların; Bakının Nizami rayonunda Q.Qarayev prospekti, 25/6 ünvanında Zülafət Qafarovaya məxsus mağazada; Qaradağ rayonunda Lökbatan qəsəbəsi, Nizami küçəsində Ağaverdi Şıxıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların; Bakının Nəsimi rayonunda M.Qaşqay küçəsi, 27 ünvanında Pəri Əliyevaya məxsus mağazada; Qaradağ rayonunda Ələt qəsəbəsi, M.F.Axundov küçəsi, 4 ünvanında İlqar İmanova məxsus mağazada;
Tovuz rayonunda Əyyublu kəndində Mahir Kazımova məxsus mağazada; Hacıqabul rayonunda Pirsaat qəsəbəsində Kazım Hüseynova məxsus mağazada; Xaçmaz şəhərində M.Hüseynzadə küçəsi, 1 ünvanında Xalidə Kərimovaya məxsus kafedə;
Qusar rayonunda Hil kəndində Arzu Şərifovaya məxsus mağazada; Qax şəhərində İ.Dağıstanlı küçəsində Rəna Kərimovaya məxsus mağazada; Şəki şəhərində M.Ə.Rəsulzadə prospektində Tural Orucova məxsus mağazada; Ağdam rayonunda Mahrızlı kəndində Nəsimi Abdullayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info