Çin İngiltərədə nüvə stansiyası layihəsinə investisiya dəstəyi göstərəcək
Tarix: 22.09.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Çin İngiltərənin Somerset şəhərində inşası davam etdirilən nüvə enerji stansiyası layihəsinə investisiya dəstəyi göstərəcək.
BBC xəbər verir ki, Fransanın enerji nəhəngi “EDF” şirkəti tərəfindən tikintisi davam etdirilən
“Hinkley Point” nüvə stansiyasının lazımi sərmayə olmadığı üçün istismara verilməsinin gecikəcəyi bildirilirdi. Bununla bağlı işlərə başlayan İngiltərə hökuməti Çini layihəyə investisiya qoymağa razı salıb. Çində səfərdə olan İngiltərənin maliyyə naziri Corc Osborne nəhəng layihədə hökumətin 2 milyard funt sterlinqlik vəsaiti zəmanət altına aldığını bildirib.
İngiltərənin ilk nüvə stansiyasını inşa etməsindən 20 il sonra tikiləcək ikinci stansiya olan “Hinkley Point”in ümumi dəyəri 24,5 milyard funt sterlinq qiymətləndirilir. Nəhəng layihənin 2023-cü ildə tamamlanacağı və 60 il ərzində enerji istehsal edəcəyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info