Bakıda III Belarus-Azərbaycan İKT Forumu keçiriləcək
Tarix: 22.09.2015 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarusun ölkəmizə yeni təyin olunan səfiri Gennadi Axramoviç ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, hər iki ölkə arasında səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığın bütün istiqamətlərinə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsinə də dərindən nüfuz etdiyini deyən Ə.Abbasov bu əlaqələrin inkişafında hər iki tərəfin yaxından iştirak etdiyini nəzərə çatdırıb. Nazir İKT, rabitə və yüksək texnologiyalar arasında mövcud fəaliyyətin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək, bu sahədə gələcək əməkdaşlığa dair maraq göstərilən sahələrdən söz açıb. G. Axramoviçin səfir postuna təyinatı ilə bağlı təbriklərini də çatdıran nazir yeni diplomatın qarşıdakı fəaliyyəti dövründə ölkələr arasında dinamik inkişafa töhfə verəcəyinə əminliyini vurğulayıb.
Xalqlarımızı birləşdirən ortaq maraq və dəyərlərdən söz açan səfir də bu münasibətlərin qorunub saxlanılmasını hər iki tərəfin böyük iradəsinin nəticəsi kimi dəyərləndirib. Diplomat gələcək fəaliyyəti çərçivəsində İKT, rabitə və yüksək texnologiyalar sahəsində yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi, genişləndirilməsi və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə “Bakutel-2015” sərgi-konfransında milli stendlə çıxış edəcək Belarusun 15-ə yaxın şirkətlə təmsil olunacağı, həmçinin sərgi çərçivəsində yüksək texnologiyalar üzrə III “Belarus-Azərbaycan İKT Forumu”nun keçiriləcəyi də qeyd olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info