Əli Əhmədov: “İdxal olunan bütün dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq”
Tarix: 22.09.2015 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Prezidentin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Bu gün dərman bazarında olan durum, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhalinin çox böyük marağına səbəb olub.
Məsələnin aktuallığını nəzərə alaraq Baş nazirin müavini Əli Əhmədov paytaxtda yerləşən bir sıra apteklərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.
Jurnalistlərə müsahibə verən Baş nazirin müavini deyib ki, sentyabrın 15-dən etibarən Tarif Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib. Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanılıb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha qiymətə satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir.
Əli Əhmədov qeyd edib ki, bu praktika dünyanın əksər ölkələrində tətbiq olunub. Qarşıda duran daha vacib məsələ dərman vasitələrinin keyfiyyətinə nəzarəti gücləndirməkdir. Dərmanların keyfiyyətli olması ən vacib məsələdir. Bu funksiyanı Səhiyyə Nazirliyinin nəzdində yaradılmış qurum həyata keçirir. Söz yox ki, bu qurum öz fəaliyyətini daha da gücləndirəcək. Burada yaradılan şərait onu göstərir ki, Azərbaycanın dərman bazarı ciddi şəkildə nizam-intizama cəlb olunur. Bu, ondan xəbər verir ki, atılan addım doğrudur və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
Dərman qıtlığına toxunan Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir. Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür: “Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir. Ölkəyə idxal olunan bütün bahalı və ucuz dərmanların üzərində Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlər olacaq. Məqsədimiz Azərbaycana bahalı dərmanların idxal olunmasının qarşısını almaq deyil. Söhbət ondan gedir ki, gətirilən dərmanların üzərinə daha yüksək qiymətlər qoyulmasın”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verilib
19.05.2019
İyunun 1-də uşaqlar üçün musiqili-tamaşa təqdim olunacaq
19.05.2019
Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib
18.05.2019
Daşkənddə “ASAN xidmət”in fəaliyyəti haqqında məlumat verilib
17.05.2019
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info