Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb
Tarix: 22.09.2015 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində «Elektron hökumət»in regionlarda təbliği ilə yanaşı, elektron xidmətlərdən istifadədə əhaliyə köməklik də göstəriləcək

Regional İnsan Hüquqları və Media Mərkəzi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi «Elektron hökumət»in regionlarda təbliği və elektron xidmətlərdən istifadədə əhaliyə köməkliklərin göstərilməsi» layihəsi 3 ay müddətində icra ediləcək. Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə Bərdə, Ağdam, Goranboy, Naftalan, Yevlax və Tərtər rayonlarını əhatə edəcək: «Layihənin məqsədi ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə ictimai dəstək üçün regionlarda elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılması və ehtiyacı olan insanlara xidmətdən istifadə imkanlarının yaradılmasıdır. Belə ki, yaşadığımız dövrdə İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı ölkələrin inkişaf səviyyəsini müəyyən edən mühüm amillərdən biridir. İnformasiya mübadiləsi internet vasitəsi ilə elektron şəkildə aparıldığından, elektron hökumətdə fəaliyyət daha çevik, effektiv, şəffaf olmaqla yanaşı, xərclər də azalır. Elektron hökumətin vətəndaş üçün bir üstünlüyü də odur ki, vətəndaş internet vasitəsi ilə xidmətlərdən istifadə edir, bürokratik əngəllər aradan qalxır və artıq saatlarla dövlət qurumunda növbə gözləmir. Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompüter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Artıq orta məktəbin I sinfinə qəbuldan başlamış, şəxsiyyət vəsiqələrinin alınması, daşınmaz əmlakın rəsmiləşdirilməsi, əmək müqavilələrinin qeydiyyata alınması, vergi və sosial ödənişlərə görə hesabatların verilməsi, kommunal xidmətlərin ödənilməsinədək elektron xidmətlər göstərilir. Amma ölkədə rüşvətxorluğun, bürokratiyanın aradan qaldırılması, şəffaflığın təmin olunmasına yardım edən bu xidmətdən paytaxta nisbətən regionda yaşayan sakinlər daha az yararlana bilir. Bunun əsas səbəblərindən biri onların elektron xidmətlərə çıxış imkanlarının olmamasıdırsa, digər səbəb onların bu xidmətlərdən istifadə ilə bağlı bilgisizlikləridir. Bu problemin həllinə yardım etmək üçün təşkilat region sakinlərinə respublikamızda ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı ətraflı məlumat verəcək».
Təşkilat rəhbərinin sözlərinə görə, layihə elektron xidmətlərə çıxış imkanı olmayan şəxslərə elektron xidmətlərdən istifadə imkanı yaradılacaq: «Regionlarda keçirilən seminarlardan əlavə ayrı-ayrı dövlət qurumlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı buklet hazırlanaraq əhaliyə paylanılacaq. Həmçinin, təşkilatın Bərdə rayonunda yerləşən ofisində elektron xidmətlərdən xidmətlərə çıxış imkanı olmayan aztəminatlı ailələrə elektron xidmətlərdən istifadə imkanı yaradılacaq. Həmçinin, elektron xidmətlərlə bağlı region əhalisini maraqlandıran problemlər öyrənilərək onların həlli ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq».
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21.02.2019
Azərbaycanda yeni zəli növləri aşkar edilib
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info