Avropa Birliyində yeni korrupsiya qalmaqalı
Tarix: 22.09.2015 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Tallin meri və bir neçə Estoniya vətəndaşı rüşvətə görə saxlanıldı

Rəsmi Qərb təşkilatlarının hesablamalarına görə, Avropada korrupsiyanın illik dövriyyəsi 300 milyard avrodan artıqdır. Avropa “demokratlarının” başqa ölkələrə “şəffaflıq” və korrupsiya məsələsində “dərs keçməyə” cəhd etmələrinə baxmayaraq, onlarda mütəmadi olaraq iri-iri korrupsiya faktları və qaslmaqalları üzə çıxır. Bu dəfə isə Avropa Birliyinin üzvü olan Estoniya iri korrupsiya qalmaqalına görə gündəmə gəlib.
Belə ki, Tallində təhlükəsizlik polisi Tallin meri Edqar Savisaarın bir neçə dəfə rüşvət götürdüyü barədə faktları üzə çıxarıb. Mer Edqar Savisaar şübhəli qismində saxlanılıb və onun barəsində təhqiqat aparılır. Qeyd edilir ki, mer 2014-cü və 2015-ci illərdə bir neçə dəfə əmlak və güzəşt qismində özünün və ya üçüncü şəxsin xeyrinə rüşvət alıb. Bu rüşvətlərin ümumi dəyəri bir neçə yüz min avrolarla ölçülür. (İnterfaks)
Bundan başqa, rüşvət alınmasına yardım etdiyinə, rüşvət verdiyinə və rüşvətə vasitəçilik etdiyinə görə də bir neçə nəfər şübhəli qismində saxlanılıb. Bütün şübhəlilər Estoniya vətəndaşlarıdır. Təhqiqatçılar artıq bir neçə şəxsəqarşı prosessual təhqiqatlara başlayıblar. Cinayət təhqiqatlarına isə dövlət prokuraturası rəhbərlik edir. Jurnalistlər bildiriblər ki, Mərkəzçi partiyanın vitse-prezidenti Kadri Simson və deputat Mixail Stalnuxin bu barədə açıqlama verməkdən imtina ediblər. Simson qeyd edib ki, partiya bununla bağlı press-reliz hazırlayır.
Onu da əlavə edək ki, hətta Avropa Parlamentinin bəzi deputatlarının rüşvət almaları, rüşvətlə lobbiçilik etmələri barədə kifayət qədər fakrtlar var. Bu barədə ötən saylarımızda da dəfələrlə yazılıb. Beləliklə, öz gözündə korrupsiya “tirini görməyən” Qərb, digər ölkələrin gözündə bununla bağlı “çöp” axtarır...

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info