“Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa
Tarix: 22.09.2015 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Sentyabrın 22-də Vergilər Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Sülh aylığı” çərçivəsində “Azərbaycanın vergi jurnalı” redaksiyası tərəfindən “Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanı), Konstitusiya Məhkəməsinin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, AMEA-nın İnsan Hüquqları İnstitutunun, AMEA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun, Konstitusiya Araşdırmalar Fondunun nümayəndələri və Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il respublikamızda Prezident İlham Əliyevin sərəncamları ilə qəbul olunmuş «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı» və «Azərbaycan Respublikasında insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramı» çərçivəsində “Sülh aylığı” keçirilir. Tədbirdə qeyd olunub ki, aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı kimi insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Bildirilib ki, bu gün Azərbaycan sabitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır və bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir. “Sülh aylığı” çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verməkdədir.
Tədbirdə Vergilər Nazirliyinin nümayəndələri vergi ödəyiciləri üçün yaradılmış əlverişli hüquqi baza, onların öz hüquqlarını müdafiə etməsi üçün yaradılmış imkanlar barədə danışıblar. Qeyd olunub ki, insan hüquqları sahəsində təşkil edilən tədbirlərdə, o cümlədən ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramının həyata keçirilməsində Vergilər Nazirliyinin müstəsna rolu var. Nazirlik insan hüquqlarının, eləcə də vergi ödəyicilərinin hüquqlarının müdafiəsi sahəsində mühüm islahatlar həyata keçirir. Son illər Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin böyük əksəriyyəti sahibkarlığın inkişafını stimullaşdırmağa, onların hüquqlarının qorunmasına yönəlib. Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info