Ukrayna İTTİ-nin professoru İnna Malyukova ADNSU-nun qonağı oldu
Tarix: 22.09.2015 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 22-də (bu gün) Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru, professor İnna Malyukova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı oldu. Professor-müəllim heyəti, tələbələrin iştirakı ilə akt zalında keçırilən görüşdə rektor Mustafa Babanlı çıxış etdi, qonağı salamladı və bu görüşün məqsədləri barədə məlumat verdi.
Tədbirdə əsasən İnnovativ layihələrin ADNSU-nə gətirilməsi, Star-tap məktəblərin yaradılması, Texnologiyaların transferi üzrə mütəxəssis hazırlığı, İxtisasdəyişmə, ixtisasartırma və 2-ci təhsil üzrə məsələlərə yeni yanaşma metodları ətrafında müzakirələr oldu. Tədbirdə çıxış edən rektor M.Babanlı və İ.Malyukova ADNSU-nun nəzdnində Star – tap məktəbinin yaradılması ideyasını ortaya qoydular.
Professor İnna Malyukova çıxışı zamanı Star – tap layihələrdə gənclərin öz biznes ideyalarını uğurla həyata keçirmək üçün təlimatlandırılacağını dedi. Onun sözlərinə görə, bu təhsil proqramıdır və bunun üçün birinci növbədə məktəblər yaradılmalı, istəyi, marağı olan kreativ gənclər, o cümlədən aspirantlar, doktorantlar, eləcə də ideyaları olan aktiv tələbələr orada toplanmalıdırlar.
O, təhsil naziri Mikayıl Cabbarovla görüşdə gəldiyi nəticələrə əsaslanaraq, Azərbaycanda bu cür layihələrin həyata keçirilnməsinə hərtərəfli dəstəyin veriləcəyinə ümid etdiyini qeyd etdi.
“Biz Star-tap məktəblərində o insanları bir araya gətirdik ki, onlar biznes qurmağı və öz ideyalarını gerçəkləşdirməyi hər şeydən çox istəyirlər. Biz onlara öz kiçik biznes kampanıyalarını qurub, biznes ideyalarını gerçəkləşdirməyin yollarını öyrədirik. Birinci mərhələdə bütün istəyi olanları, texniki biliklərinin olub -olmamağından asılı olmayaraq qəbul edəcəyik. Sonrakı mərhələlərdə istər-istəməz seçim baş verəcək. Burada bacarığı, savadı olan kreativ gənclər qalacaq. Dərslər həftədə bir dəfə, tələbələrin dərs vaxtından sonra başlayacaq”.
Bu layihələrdə hələlik əsasən “SABAH” qruplarında oxuyan 100 nəfər gəncin iştirakı nəzərdə tutulur. Lakin istəyi və istedadı olan hər bir tələbə bu layihəyə qoşula bilər.
Daha sonra rektor M.Babanlı və İ.Malyukova professor və tələbələrin suallarını cavablandırdılar. Görüş səmimi ortamda davam edən müzakirələrdən sonra yekunlaşdı.
ADNSU Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info