Futbol məşqçilərinə vəsaitlər təqdim olundu
Tarix: 22.09.2015 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


"Neftçi İdman Klubu” Uşaq Futbol Məktəbinin direktoru Məhərrəm Həsənov və koordinatoru Azər Bağırov Qaradağ Təlim-İdman Bazasında klubun futbol üzrə məşqçi-müəllimləri ilə növbəti dəfə görüşüblər.
İişlərini daha rahat qurmaq və səmərəli nəticələr əldə etmək məqsədilə hazırlanmış "Uşaq futbol məktəbinin inkişaf proqramı”, "Gənc futbolçuların inkişafında fiziki hazırlıq məşqlərinin yeri və rolu”, "Fitnes məşqçisinin rolu” və "Aşağı yaş qruplarında çıxış edən istedadlı yeniyetmə və gənc futbolçuların inkişafına dair məşq proqramı” vəsaitləri onların istifadəsinə verilib. Yeni layihələrə start verən klubun "Uşaq futbol məktəbinin inkişaf proqramı” vəsaitində Uşaq Futbol Məktəbinin (UFM) məqsəd və vəzifələri, prinsipləri, proqramın fəlsəfəsi haqda məlumat verilir. Bundan əlavə, kitabda UFM-in indiki və gələcək fəaliyyət istiqaməti, strukturu, işçi heyəti və istifadəsinə verilmiş infrastruktur, yaş qrupları üzrə həftəlik, aylıq və illik təhsil-tədris-məşq proqramları haqda geniş məlumatlar yer alır. "Gənc futbolçuların inkişafında fiziki hazırlıq məşqlərinin yeri və rolu” adlı vəsait məşqçi-müəllimlər üçün çox mühüm əhəmiyyət kəsb edir. UEFA-nın Şərqi Avropa ölkələri üzrə koordinatoru M.Şmidtin "Fitnes məşqçilərinin rolu” adlı tədris vəsaitindən istifadə olunmaqla hazırlanmış eyniadlı kitabçada plyometrik məşqlər, intermitasiya məşqləri, müasir top futbolda tələblər nədir, məşq və oyun, fizioloji tələblər və məşq-oyun zamanı oyunçuların reaksiyası, futbolda güc məşqi və onun məqsədləri, superkompensasiya, planlaşma, dövrlər haqda məzmunlu fikirlər səsləndirilir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info