“Sahibkarlar qanunvericilik çərçivəsində fəaliyyət göstərməlidir”
Tarix: 22.09.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Əliməmməd Nuriyev: “Sahibkarlığın inkişafına dəstək verilir, amma sahibkarlıq subyektləri də dövlətin verdiyi imtiyazlardan sui-istifadə etməməlidirlər”

Sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətidir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib. Prezident öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, sahibkarların dövlətin himayəsində olduğunu vurğulayıb:
“Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıb - infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Sahibkarlığın inkişafı üçün, əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək”. Ümumiyyətlə, hər hansı bir ölkədə makroiqtisadi sabitlik yalnız əlverişli biznes mühiti, uğurlu iqtisadi islahatlardan deyil, eyni zamanda sahibkarların, iri vergiödəyicilərinin dövlət, vergi orqanları və kredit götürdükləri qurumlar qarşısında öz qanuni öhdəliklərinə əməl etmələrindən xeyli dərəcədə asılıdır. İri vergiödəyicilərinin məsuliyyətdən qaçma, vergidən yayınma cəhdlərinin bəzən kifayət qədər inkişaf etmiş bu və ya digər ölkədə necə maliyyə gərginliyi yaratdığının şahidi olmuşuq. Azərbaycan da bu baxımdan istisna deyil. Dövlət, kreditlər təqdim etməklə yanaşı, onların təyinatı üzrə xərclənməsinə və vaxtında geri qaytarılmasına nəzarəti gücləndirir. Eyni zamanda bank-maliyyə sektorunda yarana biləcək xoşagəlməz halların ölkənin makroiqtisadi sabitliyini təhdid etməsinə yol verməmək üçün ciddi monetar siyasət yürüdür. İri vergiödəyiciləri dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməlidir, əks təqdirdə qanunvericiliyin tələb etdiyi addımların atılması labüddür. Bu, sadəcə hüququn deyil, həm də iqtisadiyyatın tələbidir.
Qeyd edək ki, bu istiqamətdə də müvafiq tədbirlər davam etdirilir. Həmin sahədə həyata keçirilən tədbirlərdən biri kimi bugünlərdə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı da müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək. Mütəxəssislər də ölkədə sahibkarlığın inkişafını yüksək qiymətləndirməklə yanaşı, bu sahədə müvafiq öhdəliklərin yerinə yetirilməsinin vacib olduğunu bildirirlər. “Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, sahibkarlığın inkişafına hər zaman dəstək verilməlidir və verilir: “Biznes mühitinin yaxşılaşdırılması üçün addımlar atılır, xüsusən elektron xidmətlərin təşkilində çox böyük irəliləyişlər müşahidə edirik. Sahibkarlıq subyektlərində yoxlamaların aparılması ilə bağlı yeni yanaşmaların tətbiq edilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də mühüm nailiyyətlər kimi qiymətləndirilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında qanunun qəbulu çox vacib təşəbbüs oldu. Eyni zamanda sahibkarlara güzəştli kreditlərin verilməsinin genişləndirilməsi də mütərəqqi addım kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev də hər dəfə sahibkarların hüquqlarının müdafiəsini hökumətin əsas prioritetlərindən biri kimi qeyd edib. Sahibkarlara dövlət başçısı kimi dəstəyini bəyan edib”. Ə.Nuriyevin sözlərinə görə, şübhəsiz ki, sahibkarlığın inkişafı ilə bağlı problemlər də var və hökumət əlbəttə ki, yeni təşəbbüslərlə çıxış etməlidir: “Bununla belə sahibkarlar da qanunvericilik çərçivəsində fəaliyyət göstərməlidirlər. Xüsusən vergilərin ödənilməsi, kreditlərin qaytarılması ilə öhdəliklərinə ciddi əməl etməli, məsuliyyəti başa düşməlidirlər. Təəssüf ki, Azərbaycanda bununla bağlı ciddi problemlər qalır. Vergilərin ödənilməsi, kreditlərin qaytarılması ilə bağlı bir çox sahibkarlar, sahibkarlıq subyektləri dövlətin verdiyi imtiyazlardan sui-istifadə edirlər. Vergiləri ödəməkdən, kreditləri qaytarmaqdan yayınırlar. Eyni zamanda korrupsiya sövdələşmələrinə getməyə meyil edirlər”. Fondun rəhbəri onu da vurğuladı ki, müvafiq dövlət qurumları bu əməllərlə bağlı müvafiq ölçü götürməlidirlər və götürürlər: “Cəmiyyət bu addımları başa düşməli və mahiyyətini anlamalıdır. Dünya praktikasında vergilərdən yayınan, kreditləri qaytarmayan sahibkarla bağlı çox ciddi ölçülər götürülür. Qanunvericilik səviyyəsində də çox ciddi sanksiyalar nəzərdə tutulub. Eyni zamanda sahibkarlıq subyektlərinin fəaliyyətində və bu sahənin tənzimlənməsində şəffaflıq və hesabatlılığın artırılmasına çox ciddi ehtiyac var. Dövlət başçısı da son zamanlar öz çıxışlarında bu məsələləri xüsusi vurğulayır. İctimaiyyət və vətəndaş cəmiyyəti bununla bağlı təşəbbüsləri təqdir edir və dəstəkləyir. Prezident də qeyd edib ki, ictimai nəzarət çox vacibdir. Artıq bununla bağlı çox mühüm addımlar atılır, mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai Şuraların sayı artır. Vətəndaş cəmiyyəti üçün bu təşəbbüslər yeni imkanlar açır”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info