Gənc jurnalistlərin peşəkarlığı artırılır
Tarix: 23.09.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Gənc Politoloqlar Mərkəzi “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” adlı layihənin icrasına başlayıb. Prezident yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Bakı və İsmayıllıda gənc jurnalistlərin ixtisaslarının artırılması, onlar üçün treninq, məruzə, seminar və konfransların keçirilməsi nəzərdə tutulur.
Dünən Odlar Yurdu Universitetində gənc jurnalistlərin iştirakı ilə layihənin açılış mərasimi keçirildi. Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev tədbiri açaraq qonaqları salamladı. O, Qərb ölkələrinin Azərbaycana qarşı apardıqları qara PR kampaniyasından danışdı: “Bir sıra beynəlxalq qurumlar Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Sizin kimi ictimai-siyasi mövzularda yazan gənc jurnalistlər belə qurumların layiqli cavabını verməlidir”.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri Qafar Əliyev ictimai-siyasi mövzularda yazan gənc jurnalistlərin peşəkarlığının artırılmasının vacib olduğunu dedi: “Hüquqi-demokratik dövlətdə KİV-in rolu olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində iqtisadi-siyasi və mənəvi sahələrdə çox böyük uğurlar əldə edib və onun beynəlxalq nüfuzu xeyli artıb. Bununla bərabər, Azərbaycan Respublikasının qarşısında duran daxili və xarici məsələlərin həlli və vətəndaşların dövlət quruculuğu prosesində aktiv iştirakını təmin etmək üçün ideya-siyasi təbliğat işlərinin daha da artırılmasına böyük ehtiyac var. Bu məsələdə mühüm rol ictimai - siyasi mövzularda yazan və təbliğat aparan gənc jurnalistlərin də üzərinə mühüm vəzifələr düşür”.
Onun sözlərinə görə, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, cəmiyyətdə baş verən ictimai - siyasi proseslərin mahiyyətinin xalqa çatdırılması işində gənc jurnalistlərin peşə hazırlığı və ixtisaslarının artırılması mühüm əhəmiyyət kəsb edir: “Praktika göstərir ki, bəzən vətənpərvər, dövlətimizə və xalqımıza sədaqətli olan və bu istiqamətdə KİV-lərdə fəaliyyət göstərən jurnalistlər siyasi bilik və bacarığının, peşə hazırlığının kifayət qədər olmaması səbəbindən lazımi səviyyədə fəaliyyət göstərə bilmirlər. Buna görə də ictimai - siyasi mövzular üzrə daimi aktuallıq kəsb edən problemlər barədə mütəmadi olaraq gənc jurnalistlərin ixtisasının artırılmasına ciddi ehtiyac duyulur”.
Dünya Azərbaycanlılarının Milli Birliyinin sədri Cavad Derəxti isə çıxışında Azərbaycan həqiqətlərinin yayılmasında gənc jurnalistlərin böyük rolu olduğunu vurğuladı.
Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev çıxış edərək məqsədlərindən danışdı: “Bizim əsas məqsədlərimizdən biri hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Gənc KİV işçilərinə seminar, konfrans, treninqlər keçirmək və onları fəal ictimai-siyasi həyata, demokratik dövlət quruculuğu proseslərinə cəlb etmək və ixtisaslarının artırılması bu layihənin əsas məqsədidir. Üç aylıq layihənin əsas vəzifəsi demokratik Azərbaycan cəmiyyətinin qurucuları olan gənclərin ideya siyasi və mənəvi tərbiyəsində mühüm rol oynayan peşəkar, vətənpərvər və ictimai - siyasi baxımdan yetkin gənc jurnalistlərin yetişməsinə kömək etməkdən ibarətdir”.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən treninqlərdə iştirak edən jurnalistlərə sonda sertifikatlar təqdim olunacaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info