İqor Muradyan: “Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır”
Tarix: 06.02.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Açıq Cəmiyyət Partiyasının ABŞ-da yaşayan lideri Rəsul Quliyevin ermənilərlə əlaqələrinin olması ilə bağlı məlumatlar yeni deyil. Onun Birləşmiş Ştatlarda yaşadığı ilk illərdən daima erməni lobbisi ilə əlaqə yaratmağa çalışması ilə bağlı çoxlu informasiyalar var.
Amerikada yaşayaraq Azərbaycan dövlətinin əleyhinə, milli maraqlara zidd fəaliyyət göstərən Rəsul Quliyev bunun üçün erməni təşkilatları ilə əlaqə yaratmaqdan belə, çəkinməyib. Müntəzəm şəkildə erməni lobbi təşkilatları ilə görüşlər keçirən ACP lideri ermənilərin əlində oyuncağa çevrilərək, onların müxtəlifi sifarişlərni yerinə yetirib və yetirməkdə də davam edir. Hər seçki dönəmində fəallaşması ilə diqqət çəkən ACP liderinin aktivliyinin arxasında da erməni təşkilatları dayanır. Diqqət çəkən məqamlardan biri də odur ki, Rəsul Quliyev ABŞ-da həmişə ermənilərin təsir dairəsində olan təşkilatlarla, media mənbələri ilə təmasda olub. Siyasi düşüncəsinin darlığı və ya Azərbaycana olan nifrət hissi onu ermənilərlə yaxınlıq etməyə sövq edib. Onun erməni sevgisi ilə bağlı daha bir faktın üstü açılıb. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri, vaxtilə Azərbaycanda yaşamış və Dağlıq Qarabağda ermənilərin “Qarabağ” komitəsinin ilk rəhbəri olan İqor Muradyan Açıq Cəmiyyət Partiyasının hazırda ABŞ-da yaşayan lideri Rəsul Quliyevlə görüşüb. Ermənistanın «Lragir.am» saytının yaydığı məlumata görə, İ.Muradyan Rəsul Quliyevlə görüşünün təfərrüatını belə açıqlayıb: “Tanınmış Azərbaycan müxalifətçisi Rəsul Quliyevlə görüşümü xatırlayıram. Rəsul Quliyev Azərbaycan parlamentinin eks-spikeri, siyasi mühacir, legitim milyoner və Azərbaycanda bir çox müxalifət partiyalarını maliyyələşdirən şəxsdir. Görüş Vaşinqtonda, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutdu və onu həmin vaxt institutun direktoru vəzifəsində çalışan Çarlz Farbenks təşkil etmişdi. Bizə məlum idi ki, Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır. Bu dəfə o, həmin təşkilatlardan biri ilə görüşmək üçün Nyu-Yorkdan gəlmişdi”. İ.Muradyan deyib ki, R. Quliyev ondan Azərbaycan hakimiyyəti və Heydər Əliyev haqqında rəyini soruşub, Muradyandan isə ölkəsinin siyasətinə uyğun cavab alıb: “Rəsul Quliyev mənim cavabımdan həyəcanlandı və xahiş etdi ki, dediklərimi başqa yerlərdə yaymayım, çünki özü bu fikirlərdən yararlanmaq istəyirdi. O mənə dedi ki, mənim dediklərim həmişə onun da düşüncəsi olub, ancaq belə lakonik formada ifadə edə bilməyib. Bilmirəm, o, bu tezisləri yaydı, yoxsa yox”. Elə təkcə bu açıqlamalar R.Quliyevin ermənilərin əlində nə qədər kiçik oyuncaq olduğunu göstərmək üçün kifayətdir. Prezidentlik iddiasında olan şəxs ermənilərin çıxışlarından özü üçün tezis hazırlayır.
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info