Xarici media nümayəndələri ölkədə yerli qanunlara riayət etməlidirlər
Tarix: 23.09.2015 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Müşfiq Ələsgərli:
“Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərən əməkdaşları
qanunvericiliyə uyğun olaraq, akkreditasiya mərhələsini keçməlidirlər”


Çingiz Bayramov: “Azərbaycan Respublikasının
qanunları həm yerli, həm də xarici KİV-lərdən eyni dərəcədə yerli qanunlara riayət etməyi tələb edir”


Bu gün xarici KİV-lər və onların nümayəndələri fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyinə uyğun hərəkət etməlidirlər. O cümlədən, xarici KİV-lərin Azərbaycandakı təmsilçilərinin də öz fəaliyyətlərini ölkəmizin müvafiq qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaları şərtdir.
Bu barədə qəzetimizə açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də qeyd edir ki, bir sıra xarici KİV-lərin Azərbaycandakı təmsilçilərinin fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı uzun müddətdir davam edən müzakirələr Meytan TV-nin əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən dindirilməsi ilə yenidən aktuallaşıb: “Bu mübahisənin kökü hələ 2009-cu ildən-“Azadlıq Radiosu” və BBC-inin Azərbaycanda efir tezliyinin məhdudlaşdırıldığı dövrdən aktuallıq qazanıb. Həmin vaxtdan başlayaraq bu günə qədər Azərbaycanın rəsmi şəkildə dəfələrlə izahedici açıqlamalar səsləndirməsinə baxmayaraq, bəzi beynəlxalq təşkilatlar və KİV-lər bu məsələ ətrafında aydınlıq yaranmasına bilərəkdən imkan vermirlər.
Təkcə Azərbaycan qanunvericiliyində yox, bütün beynəlxalq praktikada razılaşdırılmış haldır ki, təsisçisi xarici ölkələrdə olan və ya xarici hüquqi və fiziki şəxslərin təsis etdikləri elektron medianın başqa bir ölkə ərazisində fəaliyyət qurması ( yayım, strukturlaşma və sair) dövlətlərarası razılaşma ilə gerçəkləşdirilir. Dövlətlərarası qarşılıqlı razılaşmanın olmaması məhdudiyyətlərin tətbiqi üçün əsas ola biləcək qanuni müddəadır.
Xarici KİV-lərin Azərbaycanda müxbir postlarının təşkili və ya əməkdaşlarının burada fəaliyyəti də qanunla tənzimlənir. Bu məsələlərə də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çox dəqiq şəkildə aydınlıq gətirib. Qısa şəkildə bildirək ki, bu kateqoriyaya aid jurnalistlər Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiya olunmalıdırlar. Əgər kimlərsə bilərəkdən və ya bilməyərəkdən bu prinsipə əməl etmirsə, ilk növbədə qanunlara sayqısızlıq göstərmiş olur. Hər halda özünü peşəkar KİV qurumu elan etmiş təsisatlar bu prinsipləri bilməyə və ona əməl etməyə borcludurlar. Əgər qanunun bu tələbindən xəbərləri yoxdursa, deməli, peşəkar deyillər və bu sahədə təsadüfidirlər. Qanuni prinsipi bilib əməl etmirlərsə, onda fəaliyyətləri şübhəlidir və araşdırılmalıdır. Məsələ bu qədər aydındır.
Cənab Əli Həsənovun açıqlamasından sonra da bəzi ekspertlər məsələ ətrafında bilrəkdən dolaşıqlıq yaratmağa, xarici KİV-lərin Azərbaycanda qanunsuz fəaliyyət göstərən əməkdaşlarına dolayısı ilə haqq qazandırmağa çalışırlar. Bu məsələdə onlar daha çox Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə (“hər kəsin” məlumat almaq, yaymaq, ötürmək hüququ vardır), Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 53-cü maddəsinə (“Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti”) və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə istinad edirlər.
Konstitusiya, həqiqətən də, “hər kəsin” məlumat almaq, yaymaq, ötürmək hüququnu tanıyır. Amma Konstitusuya sıravi vətəndaşın informasiya istehsalındakı rolu ilə peşəkar jurnalist fəaliyyətini qarışdırmır. Beynəlxalq təşkilatlar “jurnalist kimliyi”ni təyin etmək üçün 3 qayda tərtib ediblər. Sıralanma ilə 2-ci qayda belədir: “Gündəlik dolanışığı KİV-lərdə yayımladığı informasiyalarla bağlı olan, KİV-də yayımladığı informasiya qarşılığında əmək haqqı alan şəxs”. Yəni burada söhbət təkcə informasiya istehsalında hansısa formada həvəskar iştirakdan yox, peşəkar jurnalist fəaliyyətindən gedir. Peşəkar jurnalistin fəaliyyəti isə əlahiddə qanunlarla tənzimlənir. Onların fəaliyyətləri KİV haqqında qanuna, Əmək Məcəlləsinə və digər qanunlara uyğunlaşdırılmalıdır. Bu baxımdan, Meydan TV daxil olmaqla, xarici ölkələrdə təsis edilmiş KİV qurumlarının Azərbaycanda fəaliyyət göstərən əməkdaşları qanunvericiliyə uyğun olaraq, akkreditasiya mərhələsini keçməlidirlər”.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov isə, bu məsələ ilə bağlı bizə belə bildirdi: “Son günlərin ən mühüm hadisələrindən biri də bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanmasıdır. Təəssüf ki, bəzi qərəzli mətbuat orqanları bu məsələni Azərbaycanda söz və mətbuat azadlığının pozulması kimi qələmə verməyə çalışırlar. Lakin qeyd etməliyik ki, Azərbaycan Respublikasının qanunları həm yerli jurnalistlər, həm də xarici KİV-lərdən eyni dərəcədə yerli qanunlara riayət etməyi tələb edir. Bu səbəbdən xarici KİV nümayəndələri öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa çalışmalıdırlar. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun qeyd etdiyi kimi - “hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir və bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır”. Ona görə də bu hadisəni söz və mətbuat azadlığının hansısa formada məhdudlaşdırılması kimi təqdim etmək doğru deyil və qərəzli mahiyyət daşıyır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info