Azərbaycan və Argentina arasında saziş imzalandı
Tarix: 23.09.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Argentina əlaqələrinin uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə İşçi Qrupunun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulayıb. Şahin Mustafayev Azərbaycan və Argentina arasında iqtisadi və ticarət əlaqələrini, mövcud əməkdaşlıq layihələrini qeyd edərək kənd təsərrüfatı, sənayenin əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. Görüşdə iqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı, ölkəmizdə iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafına başlıca maneə olduğu bir daha diqqətə çatdırılıb. Şahin Mustafayev bəzi Argentina şirkətlərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinin qarşısının alınması üçün Argentina hökuməti tərəfindən müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain Azərbaycana ilk səfərindən və ölkəmizin inkişafından məmnunluğunu ifadə etmiş, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini bildirib. Eduardo Zuain gələn il növbəti iclası keçiriləcək Azərbaycan-Argentina İşçi Qrupunun əlaqələrin inkişafında əhəmiyyətini və iclas çərçivəsində iş adamlarının görüşünün təşkilinin önəmini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən nazir müavini əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain imzalayıblar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info