Avstriyanın səfiri: “Avstriya ədəbiyyatına olan bu sevgidən hədsiz məmnunam”
Tarix: 23.09.2015 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində olub.
Mərkəzdən verilən məlumata görə, sentyabrın 22-də Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Veks Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Avstriya-Azərbaycan mədəniyyətləri arasında əlaqələrdən, görülən və görüləcək işlərdən danışılıb.
Mərkəzin direktoru A.Məsud Mərkəzin ümumi fəaliyyəti barədə məlumat verərək, ədəbiyyatlararası mübadilələr, həmçinin Avstriya ədəbiyyatıyla bağlı həyata keçirilən və həyata keçirilməkdə olan layihələrdən söz açıb: "Avstriya ədəbiyyatı həmişə Azərbaycanın diqqət mərkəzində olub. Frans Kafkanın əsərləri Azərbaycan dilində ilk dəfə 1991-ci ildə nəşr olunub. Biz bu işi təmənnasız olaraq, Frans Kafkaya və onun ədəbi irsinə olan sonsuz sevgiylə həyata keçirmişik. Bu ədəbiyyatın digər görkəmli nümayəndələrinin - Stefan Sfayqın, Rayne Mariya Rilkenin, Piter Handkenin, Soyferin, Oskar Yellenek və Elfrida Yelinekin əsərlərini də, tərcümə edib, həm kitab halında, həm "Xəzər" dünya ədəbiyyatı jurnalında nəşr etmişik. Hazırda Mərkəzdə Azərbaycan dilinə tərcümə edilmiş Avstriya ədəbiyyatı antologiyası nəşrə hazırlanır. Bu gün biz Azərbaycan ədəbiyyatının da Avstriyada tanıdılması istiqamətində bir sıra işlər görürük. 2007-ci ildə Avstriya Mədəniyyət Departamentinin dəvəti ilə Vyanada olarkən, məni milli ədəbiyyatların ayrı-ayrı stendləri sərgilənən salona dəvət etdilər.
Bütün millətlərin və ölkələrin ədəbiyyatları yer almış bu salonda Azərbaycan ədəbiyyatının stendinin yoxluğundan mütəəssir oldum. Azərbaycanın dünya ədəbi fikir müstəvisinin diqqət mərkəzində olmağa layiq zəngin ədəbiyyatı var və biz bu ədəbiyyatın mükəmməl bədii tərcümə mütəxəssislərinin, dil daşıyıcılarının köməyi ilə dünyaya çıxarılması üzərində işləyirik. Xalqlar və millətlər arasında mövcud olan bütün sərhədlər, dini, irqi fərqlər vahid ədəbiyyat müstəvisində itir. O səbəbdən ki, bəşəri ədəbiyyatda sərhəd və millət anlayışı yoxdur".
Cənab Aksel Veks öz növbəsində, dəvətə görə minnətdarlıq edərək, qaldırılan məsələlərin hər iki ölkə arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb etdiyini bildirib: "Ədəbiyyatlararası mübadilələr xalqlar və millətlər arasında dostluq və anlaşma münasibətlərini möhkəmlədir. Avstriya ədəbiyyatına olan bu sevgidən hədsiz məmnunam. Bu sahədə gördüyünüz işləri də təqdirəlayiq hesab edirəm. Azərbaycan ədəbiyyatının Avstriyada tanıdılması istiqamətində, həmçinin avstriyalı bədii tərcümə mütəxəssislərinin işə cəlb olunması ilə bağlı irəli sürülən təkliflərinizin həyata keçirilməsi üçün səfirlik əlindən gələn köməyi əsirgəməyəcək və bu işə Azərbaycanın Avstriyadakı səfirliyinin də cəlb edilməsi, düşünürəm, işimizi bir qədər də asanlaşdıracaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info