Kanadada Azərbaycanla bağlı tədbir
Tarix: 23.09.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


2015-ci il 19 sentyabr tarixində Kanadanın Monreal şəhərində 1919-cu ildə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 97-ci ildönümü münasibətilə Azərbaycan icması tərəfindən təşkil edilmiş tədbir keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan və türk diasporunun təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.
İlk öncə Monrealdakı Azərbaycan icmasının rəhbəri və tədbirin təşkilatçısı Məsud Əliyev qısa açılış nitqi söylədikdən sonra sözü R.Hüseynliyə verib.
R.Hüseynli Monreala əvvəlki səfərləri çərçivəsində, eləcə də Ottavada Səfirliyin keçirdiyi tədbirlərdə yaxından iştirak edən icma üzvlərinin bəziləri ilə bir neçə dəfə görüşdüyünü söyləsə də, sırf icma ilə görüşün ilk dəfə keçirildiyini qeyd edib.
Cari ilin 2 sentyabrın tarixində 39-cu Monreal Beynəlxalq Film Festivalı çərçivəsində Monreal şəhərində rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filminin beynəlxalq premyera nümayişinin uğurla keçdiyini söyləyən R.Hüseynli həmvətənlərimizi belə tədbirlərdə daha fəal iştirak etməyi dəvət edib.
R.Hüseynli bildirmişdir ki, ölkəmizin Kanadada təbliğində diaspora cəmiyyətlərimizin həlledici rol oynamalıdır və onların bu istiqamətdə həmrəylik nümayiş etdirməsi xüsusi əhəmiyyət kəsb edir.
Müvəqqəti işlər vəkili diaspora nümayəndələrini ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq eləcə də milli mədəniyyətimizin Kanadada təbliği işində fəallıq və birlik nümayiş etdirməyə çağırmış, burada şəxsi maraqlar və siyasi baxışların kənara qoyulmasının mütləq olduğunu vurğulayıb.
Bundan sonra 97 il öncə Bakının azad olunmasında Osmanlı türklərindən təşkil olunmuş Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun şücaətləri barədə danışan M.Əliyev həmin günün Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən biri olduğunu vurğulayıb və o dövrün hadisələri barədə qısa məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info