Ərdoğan: “Putinlə görüşümüzün əsas mövzusu Suriya olacaq”
Tarix: 23.09.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan PKK-ya qarşı hərbi əməliyyatların başladığı 22 iyul 2015-ci il tarixindən indiyə qədər nə qədər terrorçunun öldürüldüyünü açıqlayıb.
“Milliyet”in verdiyi məlumata görə, R. T. Ərdoğan hərbi təyyarələrin dəqiq koordinatlar əsasında terrorçulara zərbələr endirdiyini bildirib: “Kəşfiyyat orqanlarımız içəridə və Kandil dağı da daxil olmaqla, xaricdə lazımi çalışmalar həyata keçiriblər. Koordinatlar Silahlı Qüvvələrimizin əlindədir. Onlar həmin koordinatlar əsasında vururlar, boşuna dağı-daşı yox. Terrorçuların sursat anbarlarından tutmuş, gizləndikləri yerlərə qədər, koordinatlar əsasında zərbələr endirilir. Təkcə hava əməliyyatları deyil, quruda da əməliyyatlar aparılır”.

R. T. Ərdoğan 1300-ü ölkə daxilində olmaqla, ümumilikdə 2 mindən çox PKK terrorçusunun məhv edildiyini söyləyib.

Rusiyaya səfərinə də toxunan prezident Moskvada yeni inşa olunan məscidin açılışına qatılacağını deyib: “Moskvada 10 min nəfərlik möhtəşəm bir cami inşa edilib. Bu caminin açılışını həyata keçirəcəyik. Hörmətli Mahmud Abbas və Putinlə görüşəcəyik. Putinlə görüşümüzün əsas mövzusu Suriya olacaq. Aldığımız xəbərlər və verilən açıqlamalar xoş deyil. Bunların olması bizi ciddi şəkildə üzüb. Biz Rusiyanın ən çox təbii qaz satdığı ölkəyik, 35 milyard dollarlıq qarşılıqlı ticarət var. “Türk axını” məsələsində Rusiya lazımi addımları hələ atmayıb. Bunların hamısını müzakirə edəcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info