“Təmiz Şəhər” Balaxanıda su və kanalizasiya sisteminin qurulmasına dəstək göstərir
Tarix: 23.09.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


“Təmiz Şəhər” ASC Balaxanı qəsəbəsində su və kanalizasiya sisteminin qurulmasına dəstək göstərir.
“Təmiz Şəhər” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi zavodun yerləşdiyi Balaxanı qəsəbəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfə verməklə yanaşı, qəsəbənin kommunal infrastrukturunun inkişaf etdirilməsinə də müsbət təsir göstərib.
Belə ki, zavodun tikilməsi məqsədi ilə Fransanın “CNIM S.A.” şirkəti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında 2008-ci ildə bağlanmış podrat müqaviləsinin xüsusi şərtlərinə əsasən, müştərək hesabdakı məbləğin müəyyən hissəsi mərhələlərlə xeyriyyəçilik və Balaxanı qəsəbəsində həyata keçiriləcək sosial layihələr üçün xərclənəcək.
Tərəflərin razılığı ilə prioritet layihə kimi Balaxanı qəsəbəsinin qəsəbədaxili su və kanalizasiya şəbəkəsinin, həmçinin qəsəbəxarici magistral su və kanalizasiya boru kəmərlərinin və nasosxanaların tikintisinin bir hissəsinin maliyyələşdirilməsi seçilib. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təmiz Şəhər” ASC-nin təsisçiliyi ilə yaradılmış Balaxanı Sosial İnkişaf Fondu ilə “Azərsu” ASC arasında 2012-ci ildə müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Balaxanı qəsəbəsində su və kanalizasiya sisteminin su xətlərinin çəkilişi bu xeyriyyə layihəsi hesabına maliyyələşdirilir. Hazırda işlərin 80%-dən çoxu yerinə yetirilib və yaxın zamanda tamamilə başa çatdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info