Təmir olunmuş daha bir yol sürücülərin ixtiyarına verilib
Tarix: 23.09.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Paytaxtda daha bir yol yüksək keyfiyyətlə təmir olunaraq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələri, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələri təmirdən sonra sürücülərin və paytaxt sakinlərinin ixtiyarına verilib.
Burada hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddət ərzində, yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb.
Bir-neçə küçənin kəsişmələri olan yolun hərəkət hissəsi və səkilər uzun müddət idi ki, təmir olunmadığı üçün sıradan çıxmış vəziyyətdə idi. Bu isə öz növbəsində həm piyadaların, həm də, nəqliyyat vasitələrinin normal və rahat şəkildə hərəkətinə mane olurdu. Bunlar nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən sözügedən ərazinin təmirinə başlanılmışdı.
Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb.
Təmir işləri çərçivəsində 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb. Şəxsən Nəqliyyat naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri zamanı zəruri olan yerlərsə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları dəyişdirilıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılıb, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər uğurla, yüksək keyfiyyətlə davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info