Azərbaycanlı gəncin Varşavada ATƏT-i tənqid etməsi alqışla qarşılandı
Tarix: 23.09.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Azərbaycanlı gəncin çıxışı ATƏT-in illik toplantısında alqışlarla qarşılanıb.
TURSAM (Türkiyə-Azərbaycan Strateji Araşdırmalar Mərkəzi) rəhbəri, gənc fəallardan olan Atatürk Kamallı Varşavada keçirilən ATƏT-in Media azadlığına həsr olunmuş illik toplantısında çıxış edib.
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin tənqid edən A.Kamallı bildirib ki, Azərbaycanı zəif, gücsüz görmək istəyənlər öz məqsədlərinə çata bilməyəcək: “ABŞ, Avropa istəyir ki, bütün dövlətlər onların dediyi ilə oturub-dursun. Müstəqil siyasət yürütməsin. Onlar da həmin ölkələri bütünlüklə nəzarətə alsınlar. Bir çox qonşu dövlətlərdə buna nail olublar. İndiki məqamda hədəfləri Azərbaycandır. Ölkəmizin müstəqil siyasət yürütməsi qərb dairələrini ciddi şəkildə narahat edir. Onlar hər vəchlə bizi təzyiq altında saxlamağa çalışırlar. Mən buradan üzümü demokratik dəyərlərdən danışan avropalı deputatlara tutub demək istəyirəm ki, Azərbaycanı Suriya, İraqın günündə görə bilməyəcəksiniz. Yaxşı olar ki, ikili standartlardan əl çəkib, Azərbaycan torpaqlarının işğal olunmasına etiraz edəsiniz. Bunu edə bilmirsinizsə, heç olmasa saxta və qərəzli hesabat və qətnamələr yaymayın”.
Azərbaycanlı gəncin çıxışı alqışlarla qarşılanıb və sonra çıxış edən bəzi qonaqlar A.Kamallının fikirlərinə həmrəy olduqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info