Gürcüstan azərbaycanlılarının fəal gənclərilə görüş keçirilib
Tarix: 23.09.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Millət vəkili Qənirə Paşayeva Gürcüstan azərbaycanlılarının fəal gəncləri ilə görüşdə onları Qarabağ həqiqətlərinin Gürcüstan cəmiyyətinə daha geniş yayılmasında səyləri artırmağa çağırıb.
Millət vəkili Qənirə Paşayeva Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzində fəal azərbaycanlı gənclərlə görüşüb. Millət vəkili Gürcüstan ali məktəblərinə yüksək balla daxil olmuş gənclərin sayının artması gözəl bir hadisədir və inanırıq ki, bu say getdikcə daha da artacaq deyib. Fəal və savadlı qızlarımızın sayının artması çox önəmli bir məsələdir deyən millət vəkili gəncləri erkən nigahlar problemi ilə bağlı mübarizədə maariflənmənin önünə görmək istədiyini də dilə gətirib. Savadlı gələcək savadlı anadan keçir deyən millət vəkili Qənirə Paşayeva gənclər arasında artan siqaretdən istiqadə, narkomaniya, alkoqolizm, qumar oyunlarına meyillik kimi zərərli vərdilşlərlə mübarizədə də savadlı və fəal gənclıərin üzərinə böyük vəzifələr düşdüyünü deyərək onları bu istiqamətdə daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva onlara bu istiqamətdə materiallar və kitablar da hədiyyə edib. Görüş zamanı Gürcüstanda yaşayan azərbaycanlıların, azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiya məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q. Paşayeva gəncləri Gürcüstan cəmiyyətinə daha fəal inteqrasiya etməyə çağırıb. Bununla yanaşı tariximizi, mədəniyyətimizi və Qarabağ həqiqətlərini də dərindən öyrənərək həm vətəndaşı olduqları dövlətdə, həm də getdikləri hər yerdə yüksək səviyyədə təqdim və təbliq etməyə çağırıb. Q.Paşayeva "millətinin tarixini bilməyən insana mən bütöv insan kimi baxmıram"- deyə bildirib və əlavə edib ki, tarixən Gürcüstanda, öz ata-babа yurlarında yaşayan soydaşlarımız, xüsusilə gənc azərbaycanlılarımız dövlətləri Gürcüstanla yanaşı, xalqımızın tarixini və mədəniyyətini geniş şəkildə öyrənməli və təbliği istiqamətində öz bilik və bacarıqlarını əsirgəməməlidirlər. Millət vəkili görüş iştiraçılarına virtual məkanın imkalarından da maksimum dəcədə səmərəli istifadə etməyi məsləhət görüb: "Təəssüf ki, gənclərimizin bir hissəsi bu imkandan ağıllı istifadə etmək, yararlanmaq əvəzinə tamamilə başqa məqsədlərlə yararlanırlar. Ancaq mən hesab edirəm ki, sizlər bu virtual məkandan çox ağıllı şəkildə istifadə edərək həm özünüzə, həm Gürcüstana, həm gürsüctanlı soydaşlarımıza, həm də bütövlükdə Azərbaycan insanına çox böyük xeyirlər verə bilərsiniz". Millət vəkili deyib ki, harada yaşamasından asılı olmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşaması hər bir azərbaycanlını ciddi narahat etməlidir və Qarabağ həqiqətlərinin yayılması istiqamətində fəal iş aparmalıdırlar. Q.Paşayeva deyib ki, Azərbaycandan kənarda o cümlədən Gürcüstanda yaşayan Azərbaycanlılar daim Azərbaycan dövlətinin və prezidentinin diqqət mərkəzindədir. Qənirə Paşayeva prezident İlham Əliyevin göstərişləri əsasında Gürcüstanda həyata keçirilən layihələri və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də xatırladıb və vurğulayıb ki, bu cür işlər iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmək, Gürcüstanın inkişafına dəstək göstərməklə yanaşı xüsusilə orada yaşayan soydaşlarımızın həyata şəraitinin daha da yaxşılaşdırılmasına da xidmət edir. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi rəhbəri Fazil Həsənov, Gənclər Mərkəzinin rəhbəri Nərgiz Əliyeva gənclərlə bağlı həyata keçirilən layihələrlə bağlı geniş məlumatlar verib və konkret təklif və layihələr ətrafında gənclərlə geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili müəllifi olduğu kitabları gənclərə imzalı hədiyyə etməklə yanaşı Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı kitablar, ərbaycanlı yazarların əsərlərini hədiyyə edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info