“Vikinq” Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşəcək”
Tarix: 06.02.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ikitərəfli münasibətlərin qurulmasının 21-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə bəyan edib. "Bu gün iki ölkə arsında 125 sənəd imzalanıb, dövlət qurumları arasında ikitərəfli əməkdaşlığa dair daha beş sənəd baxılma mərhələsindədir" - deyə Mişşenko bildirib.
Onun sözlərinə görə, ötən il mal dövriyyəsinin həcmi 900 milyon dollardan artıq təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə onun artımından xəbər verir. Səfir əlavə edib ki, yaxın vaxtlarda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Diplomatın sözlərinə görə, Ukrayna şirkətləri 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının hazırlanması çərçivəsində layihələrdə iştirak etməyi planlaşdırır. İştirak məsələsinə hökumətlərarası komissiyanın növbəti iclasında baxılacaq. Habelə diplomatın sözlərinə görə, bir sıra ikitərəfli səfərlər planlaşdırılır: «Ukrayna XİN-in rəhbəri, ATƏT-in hazırkı sədri Leonid Kojaranın ilin birinci yarısında Azərbaycana səfərinə hazırlıq gedir».
Jurnalistlərin suallarını cavablandıran A.Mişşenko deyib ki, “Vikinq” dəmir yolu layihəsinə Azərbaycanın qoşulmasına dair danışıqlar aparılır. Səfirin fikrincə, bu layihə Azərbaycan üçün çox sərfəlidir. Azərbaycan həmin layihəyə qoşulduqdan sonra “Vikinq” Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşəcək.
Səfir bildirib ki, Ukrayna Trans-Anadolu (TANAP) layihəsinin həyata keçirilməsində və layihədə iştirak etməkdə maraqlıdır. Onun sözlərinə görə, Ukrayna əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün ekspert qruplarının görüşünün keçirilməsinə hazırlaşır: “Energetika sahəsində Azərbaycanla əməkdaşlığımız üçün böyük perspektivlər var. Hərbi sənaye və aerokosmik sənaye sahələri də prioritet və inkişaf edən sahələrdəndir. Bununla bağlı tərəflər arasında aktiv dialoq aparılır”. Diplomat hazırda Ukraynanın ali təhsil müəssisələrində 4 minədək azərbaycanlının təhsil aldığını deyib, iki ölkə arasında tələbə mübadiləsi sahəsində əməkdaşlığı daha da genişləndirməyin vacibliyini vurğulayıb. Diplomat Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin keçiriləcəyini də açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info