Moskvada Mərkəzi məscidin açılışı olub
Tarix: 23.09.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında inşa edilən 10 min nəfərlik Mərkəzi məscidin təntənəli açılışı olub.
Mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər və Rusiyada fəaliyyət göstərən digər dini konfesiyaların rəhbər şəxsləri iştirak ediblər.
Açılış mərasimi "Fatihə" surəsinin oxunması ilə başlayıb.
Sonra Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin çıxış edib. Məscidin inşa edilməsində V. Putin və Moskva meri Sergey Sobyaninin xüsusi xidmətləri olduğunu söyləyən baş müfti dağıstanlı iş adamı Süleyman Kərimova göstərdiyi maddi dəstəyə görə minnətdarlığını bildirib.
Fələstin prezidenti Mahmud Abbas isə çıxışı zamanı dünya müsəlmanları üçün xüsusi önəmi olan Əl-Aksa məscidinə olan hücumlardan danışıb. Dünyanın gözü qarşısında İsrailin Əl-Aksa məscidinə hücum etdiyini söyləyən Fələstin lideri dünya ictimaiyyətini qınayıb.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada Mərkəzi məscidin açılışında iştirak etməkdən qürur duyduğunu söyləyib: "Bu məscidin tikintisində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Əminəm ki, Moskvada məscidin insanlığa ehtiyacımız olduğu bir gündə açılması dünyada sülhün bərqərar olmasına kömək edəcək. Rusiyadakı müsəlman qardaşlarımızla aramızda olan münasibətlər iki ölkə arasında olan əlaqələri daha da inkişaf etdirməyə sövq edir. Rusiya fərqli inanclara sahib insanların bir yerdə yaşamasına ən böyük nümunədir”.
Ərdoğan qeyd edib ki, İsrailin Fələstinə qarşı ədalətsiz münasibəti nəticəsində Əl-Aksa məscidi təhlükəli vəziyyətə düşüb. “Suriya, İraq, Liviya və Misirdən qaçan insanlar Avropada sığınacaq tələb edirlər. Bu gün bu utancverici mənzərənin şahidiyik. Aralıq dənizində ölən insanlığın vicdanıdır, insanlığın özüdür. Bu vəsilə ilə bütün dünyaya, bütün xalqlara böyük rus yazıçısı Lev Tolstoyun bu mesajını çatdırmaq istəyirəm - Həyatda ən gözəl yaxşılıq yaxşılığın özüdür. Bölgəmizdə yaşanan hadisələrə də bu prizmadan baxmalıyıq. Yaxın Şərqdə olan atəşi biz öz sevgimizlə söndürməliyik. Biz buna görə də sərhədlərimizə gələn 2 milyon qaçqını tərəddüd etmədən qəbul etdik. Ona görə də 4 ildir bu insanlara əlimizdən gələn hər cür yardımı edirik, onları ölkəmizdə saxlayırıq. Qaçqın probleminin həlli sərhədləri bağlamaqla deyil, dənizdə boğulmasına səbəb olmaqla həll edilmir”, - deyə o vurğulayıb.
Ərdoğan bildirib ki, Türkiyə tarixi boyu hər zaman müxtəlif inanclara sahib insanların vətəni olub. Onun sözlərinə görə, İstanbul başqa olmaqla, bir çox şəhərlərdə kilsə, məscid və sinaqoqları birlikdə görmək mümkündür: “Xalqların sülh şəraitində yaşaması Rusiya və Türkiyənin müştərək təcrübəsidir. Bu gün biz həmin təcrübəni burada nümayiş etdiririk. Bu gün ölkəmizdə on minlərlə rus yaşayır. Həmin ruslar özlərini türklərdən ayrı hiss etmirlər. Biz onları qəbul etməkdən çox məmnunuq”.
V. Putin isə çıxışında məscid açılışını Rusiya müsəlmanları üçün böyük tarixi hadisə adlandırıb: "İslam Rusiyanın ənənəvi dinlərindən biridir. Məscidin rekonstruksiyasına görə, qardaş ölkələr olan Türkiyə və Qazaxıstana təşəkkürümü bildirirəm. "Quran"da deyildiyi kimi yaxşı işlər görməyə səy göstərin. Müsəlman izi hər zaman tariximizdə olub. Bunu paytaxt Moskvanın küçələrinə baxdıqda da görmək olar. Son 20 ildə Rusiyada islamla bağlı ibadət yerlərinin sayı dəfələrlə artıb. Minlərlə insan Rusiyadan hər il Həccə gedir.
Bu gün Yaxın Şərqdə siyasi məqsədlərlə insanların dini hisslərindən istifadə olunur. İslam adı altında hansı vəhşiliklərin törədildiyini, insanların və tarixi abidələrin məhv edildiyini görürük".
Qeyd edək ki, 19 min kvadratmetr sahəyə malik 3 mərtəbədən və iki minarədən ibarət olan məscid Avropanın ən böyük məscidlərindən biridir. Məscidin hündürlüyü 46 metrdir. Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün şəhəri seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info