Şəkidə 13 rayonun işəgötürənləri ilə görüş
Tarix: 23.09.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş aylığı” çərçivəsində növbəti “Açıq qapı” günü-vətəndaş forumunu Şəki rayonunda təşkil edib. Forumda ƏƏSMN-nin 8, 13, 18 və 19 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələri və həmin Müfəttişliklərin əhatə etdiyi ümumilikdə 13 rayon və şəhərin (Yevlax, Mingəçevir, Goranboy, Naftalan, İsmayıllı, Qobustan, Şamaxı, Qax, Zaqatala, Balakən, Şəki, Qəbələ, Oğuz) işəgötürənləri iştirak edib.
Forumda DƏMX-in mütəxəssisləri tərəfindən işəgötürənlər əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində belə qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə ətraflı məlumatlandırılıb. Son illərdə ölkəmizdə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi tələblərinə dövlət nəzarətinin gücləndirilməsi, işəgötürənlərin məlumatlandırılması istiqamətində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, bütün bu işlərdə əsas məqsəd işəgötürənlərdə işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədə hələ də mövcud olan nöqsanların aradan qaldırılmasıdır.
Bununla yanaşı, DƏMX tərəfindən ötən ilin noyabr ayından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkil edilməsinə başlanılıb. Əməyin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərin öz fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edən bu kurslara indiyədək müxtəlif müəssisələr üzrə 625 nəfər mütəxəssis cəlb edilib. Kursları bitirdikdən sonra onlara müvafiq sertifikatlar verilib.
Forum zamanı işəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları da ətraflı cavablandırılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info