Etno- irs günlərinin mərkəzi Lahıc olacaq
Tarix: 23.09.2015 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi tərəfindən 24- 27 sentyabrda İsmayıllı rayonunun Lahıc qəsəbəsində tələbələrin iştirakı ilə etno-irs günləri keçiriləcək. Nazirlikdən verilən məlumata görə, Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi keçirilən layihənin əsas məqsədidir.
Tarixi və mədəni əhəmiyyəti olan bu layihə zamanı qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Onlara milli və tətbiqi sənət məhsulları təqdim olunacaq, kəndirbaz və sehrbazlar öz məharətlərini, gənc aktyor və tələbələr Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını nümayiş etdirəcək, musiqiçilər qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcəklər.
Tədbirin daha rəngarəng və maraqlı keçməsi, qonaqların adət ənənələrimiz və milli mətbəximiz ilə daha yaxından tanış olmaları məqsədi ilə festival zamanı yeməklərimizin hazırlanma qaydaları da onlara nümayiş olunacaq.
Bununla yanaşı, misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların,nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim olunacaq.
Məlumat üçün bildirək ki, festivalda 100 nəfər yaxın gənc aktyor, tələbə, ismayıllı rayonununda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edəcəklər.
Etno-irs günlərinin yekun sərgisi və təqdimatı 27 sentyabr 2015-ci il tarixində saat 12.00-da İsmayıllı rayonun Lahıc qəsəbəsində baş tutacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info