ATGTİ sədrindən Avropa Parlamentinin ölkəmizə qarşı olan qətnaməsinə etiraz
Tarix: 23.09.2015 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov son günlərdə daha çox danışılan və ölkəmizə qarşı çirkin kampaniyanın tərkib hissəsi olan Avropa Parlamentinin məlum qətnaməsinə münasibət bildirib. O deyib:
“Avropa Parlamentinin son məlum qətnaməsi əsasən mövsümi xarakter daşıyır. Biz adətən mövsümi xarakter dedikdə təbiət hadisələrini nəzərdə tuturuq, lakin əfsuslar olsun ki, Avropa Parlamenti və bir sıra bu kimi qurumlar Azərbaycanda seçkilər və ya dünya əhəmiyyətli böyük tədbirlər olan zaman bu kimi əsassız qətnamələr qəbul edərək müəyyən çaşqınlıq yaratmağa cəhd göstərirlər. Əgər biz növbəti illərin təqviminə nəzər salsaq, bu kimi qurumların hansı bəyanatlar verəcəyini təqribən müəyyənləşdirə bilərik. Yaxın keçmişdə sadə bir araşdırma aparmaqla söylədiyimiz fikirlərin əsaslı olduğunu görərik.
Qətnaməyə nəzər salan zaman onun bütövlükdə Avropanın özünün xarici siyasətinə, enerji təhlükəsizliyinə tamamən zidd, Azərbaycan kimi strateji əhəmiyyətli bir dövlətlə münasibətlərin gərginləşməsinə yönəlmiş bir sənəd olduğunu müəyyənləşdiririk. Bəs əsassız, Avropa Parlamentinin səlahiyyətlərinə aid olmayan bu kağız parçasının qəbul olunmasının səbəbi nədir? Düşünürük ki, burada bir neçə səbəbi daha çox önə çıxarsaq yanılmış olmarıq.
Birincisi, dünyada baş verən siyasi və iqtisadi kataklizmlərə baxmayaraq Azərbaycan çox dinamik, davamlı inkişaf edir və ölkədə siyasi stabillik hökm sürür.
İkincisi, Avropanın özündə islamafobiyanın odluqca yüksək səviyyədə olduğu halda, etnik tərkibinin rəngarəng olan Azərbaycanda dinlər və millətlər arasında münasibətlərin dünya miqyasında nümunəvi səviyyədədir.
Üçüncüsü, Azərbaycanın xarici qüvvələrin təsir cəhdlərinə əhəmiyyət verməyərək müstəqil xarici siyasət yürütməsi və burada Azərbaycan dövlətinin, xalqının maraqlarının əsas götürülməsi.
Dördüncüsü, Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipində israrçı olması və ərazi güzəşti məsələsindəki qətiyyətli mövqeyi.
Beşincisi, müxtəlif sərsəm siyasi bəyanatlar verilməsinə, boykot çağırışlarına baxmayaraq, Azərbaycanın tarixdə Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməsi və Avropanın idman tarixinə bir ilkin Azərbaycanda yazılması.
Altıncısı, Avro Parlamentin rüşvətə bulaşmış bir qurum olması. Heç şübhəsiz, bu qurumun sözügedən qətnaməsinin qəbul olunmasında bədnam qonşularımızın əvəzsiz xidmətləri var. Bundan əlavə, Avro Parlament sözügedən qətnamənin qəbulundan sonra özünün Azərbaycandakı əlaltılarına milyonlarla avro ötürəcək və silinməsi çox asan olan həmin vəsaitlər hesabatsız müəyyən dairələrin və qurumların şəxsi hesablarına yönələcək. Bununla Avro Parlament növbəti siyasi biznesinin əsasını qoyacaq.
Yeddincisi, və məncə, ən əsası xalq və hakimiyyət arasında olduqca güclü bağların olması və ölkə Prezidentinə xalqın sevgisidir. Düşünürəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyini qoruduqca, Azərbaycan dövlətinə və onun Prezidentinə heç bir xarici qüvvə təsir edə bilməyəcək.
Daha bir məsələyə diqqət çəkmək istəyirəm. Avro Parlamentin qətnaməsindən dərhal sonra Azərbaycanda bir sıra partiyalar seçkiləri boykot etdiklərini elan etdilər. Onsuz da heç bir eloktoratı olmayan bu partiyaların seçkilərdə şansı sıfıra bərabər idi. Amma onlar buna baxmayaraq öz varlıqlarını hər hansı bir formada göstərməyə çalışırdılar. Lakin ağalarının əmri ilə onlar guya seçkini boykot etdilər. Boyunduruqdan kənara çıxa bilməyən bu dırnaqarası siyasətçilərə sual vermək istəyirəm, avropalılar Azərbaycanı bizdən çoxmu sevir?!
Tural




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Türkiyədə ən çox daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarıdır
17.06.2019
Baş Prokurorluq və DİN rəsmi məlumat yayıb
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info