Bolqarıstan millisinin daha bir voleybolçusu “Telekom”da
Tarix: 23.09.2015 | Saat: 23:15:00 | E-mail | Çapa göndər


Bakının “Telekom” klubu Bolqarıstan millisinin daha bir voleybolçusunu transfer edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komanda blokçu Qabriela Koyevanı rənglərinə bağlayıb. 2012-2015-ci illərdə Türkiyənin “Beşiktaş” klubunun şərəfini qoruyan 26 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Koyeva İstanbul təmsilçisindən öncə MOİK (Bolqarıstan, 2007-2009), “Volero” (İsveçrə, 2009-2011) və “Minerva Volley” (İtaliya, 2011-2012) klublarında da forma geyinib. O, İsveçrə klubu ilə 2 dəfə ölkə çempionatının, eyni sayda ölkə kubokunun və 1 dəfə Superkubokun qalibi adını qazanıb. Qabrielanın aktivində həmçinin Bolqarıstan çempionatının da qızıl medal var. 2007-ci ildən ölkəsinin əsas komandasına çağrılan blokçu Avropa Liqasının ikiqat bürünc mükafatçısıdır. O, sentyabrın 26-da Belçika və Hollandiyada start götürəcək Avropa çempionatında da yığmasının heyətində yer alacaq.
Bununla da “Telekom”un yeni mövsüm üçün “12-liyi” tamamlanıb. Ondan öncə Xiselye Əzimli, Kristina Yaqubova, Marqarita Əzizova, Yelizaveta Səmədova, Olena Həsənova, Yoana Mahmudova, Ana Priyeva (hamısı Azərbaycan), Kseniya İvanoviç (Monteneqro), Lusi Mulsteynova (Çexiya), Mariya Filipova və Xristina Rusevanın (hər ikisi Bolqarıstan) yeni mövsümdə burada oynayacağı dəqiqləşmişdi.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info