“ABŞ Almaniyada yeni nüvə silahları yerləşdirməklə güc balansını pozur”
Tarix: 23.09.2015 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Bir müddət bundan əvvəl alman mediası ABŞ-ın bu ölkə ərazisində bir neçə nüvə başlığı yerləşdirməsi planı barədə məlumat vermişdi. ABŞ-ın bu addımına münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Vaşinqtonun bu niyyətini Avropa qitəsində gərginliyin artırılması istiqamətində çox ciddi addım kimi xarakterizə edib.
O bəyan edib ki, yeni nüvə silahlarının Almaniyada yerləşdirilməsi Avropada qüvvələrin strateji tarazlığını pozmaq və gərginlik yaratmağa hesablanıb. Peskov etiraf edib ki, Rusiya buna müşahidəçi kimi qalmayacaq və cavab olaraq pariteti bərpa etməyə çalışacaq. ABŞ Dövlət Departamentinin büdcə sənədlərinə istinad edən Almaniyanın “ZDF” televiziya kanalı da bir müddət bundan əvvəl ABŞ-a məxsus “B61-12” tipli nüvə bombalarının Byuxeldəki aviabazalarda yerləşdirilməsi barədə məlumat vermişdi. Qeyd edək ki, bu aviabaza federal dövlətin Reynland-Pfalts ərazisində yerləşir. Məlumat üçün bildirək ki, Almaniya Müdafiə Nazirliyi yayılan məlumatları şərh etməkdən imtina edib. Lakin “Sputnik” telekanalına müsahibə verən Pentaqon sözçüsü ABŞ-ın bu niyyətinin nüvə silahı ilə bağlı hər hansı bir müqaviləni pozmadığını dilə gətirib. “Avropa qitəsində gərginliyi artırmağa hesablanmış bu addım, mən deyərdim ki, çox ciddi addımdır. Təəssüf ki, Bundestaqın belə bir qərara razılıq verməsi, belə deməyə əsas verir ki, Almaniya ABŞ-ın bu planını reallaşdırmasına əminlik yaradır. Əlbəttə, bu, Avropada strateji balansın pozulmasına gətirib çıxara bilər. Ona görə də, belə bir addımın atılması Rusiyadan müvafiq olaraq əks addımlar atmağı tələb edəcək. Bu addım Avropada təhlükəsizliyin təmin olunması istiqamətində sabitliyin möhkəmlənməsinə hesablanmış addım olacaq. Belə bir addımın atılması Rusiya Federasiyasının milli təhlükəsizliyi təmin etməsi üçün də önəmlidir” - deyə Peskov əlavə edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da “ZDF” telekanalına verdiyi açıqlamada bildirib ki, ABŞ-ın nüvə silahlarını Almaniyada modernləşdirməsi planı Rusiyada narahatlıq yaradıb. 1990-cı illərdə Rusiyanın qeyri-strateji nüvə silah arsenalının dörd dəfə azaltdığını diqqətə çatdıran Zaxarova Avropada Amerika Birləşmiş Ştatlarının taktiki nüvə silahlarını yenidən səfərbər etdiyini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info