“Turizm Azərbaycanın ən gəlirli sahələrindən biri ola bilər”
Tarix: 24.09.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Xanoğlan Qasımov: “Gedənlər üçün
viza məsələsində problem hələ də var. Dünyanın heç bir ölkəsində bu qədər sənəd istəmirlər. Asanlaşdırılmış viza sisteminə keçildiyi bildirilsə də, çoxlu sayda sənəd tələb edirlər”


Bu gün dünyanın bir sıra ölkələrinin əsas gəlir mənbəyinə çevrilən turizm sektorunu inkişaf etdirmək ölkəmiz üçün də vacibdir. Məhz bu baxımdan ölkədə turizmin inkişafı ilə bağlı bu sektorda fəaliyyət göstərən hər bir qurumun üzərinə mühüm vəzifələr düşür. Mütəxəssislər bu sahədə mövcud problemlərin həlli və yeni təkliflərlə çıxış edirlər. Müsahibimiz "AzərCo Tur" turizm şirkətinin rəhbəri Xanoğlan Qasımovdur:

- Azərbaycanda hazırda qanuni şəkildə fəaliyyət göstərən 350-dən artıq turizm şirkəti var. Bizim turizm şirkəti 18-19 il bundan əvvəl fəaliyyətə başlayanda, cəmi 4-5 şirkət vardı. Bu rəqəm hər il getdikcə artır. Tur firmalar turistləri göndərmək kimi fəaliyyət növü ilə məşğul olurlar. Hər tur firmada 5-6 nəfər çalışır. Ümumilikdə götürdükdə 350 şirkətdə xeyli insan işlə təmin olunur. Bizim şirkət də ötən müddət ərzində normal fəaliyyət göstərib, nə Mədəniyyət və Turizm Nazirliyi, nə də vətəndaşlar tərəfindən irad daxil olmayıb. Nazirlik tərəfindən diploma layiq görülmüşük, başqa mükafatlar almışıq. Ancaq elə firmalar var ki, insanlar problemlərlə üzləşirlər. Elə vaxt olub ki, biz xaricə 4-5 min turist göndərmişik. Turfirmaların sayı az olduqda çoxlu turistlər qəbul edirdik. İndi Azərbaycanda online sistemi mövcuddur, xaricə gedən müştərilər özləri çox vaxt internet vasitəsilə bron edirlər, gedirlər. Biz yenə də həm ölkə daxilinə, həm xaricə bir neçə min turist göndəririk. Əsasən Karlovı Varı şəhərinə, Kislavodsk, Yessentuki, Antalya, Bodrum şəhərlərinə gedənlərin sayı çoxdur. Bir azdan qış mövsümü başlayacaq. O zaman Dubaya səfərlər çox olur.
Ümumiyyətlə, ölkə başçısının turizm sektoruna diqqəti böyükdür. Hətta 2011-ci il “Turizm ili” elan olunmuşdu. Azərbaycanda turizm sahəsində böyük infrastruktur dəyişiklikləri olub. Ölkədə çox sayda 5 ulduzlu otellər, “Şahdağ” istirahət mərkəzi tikilib. Əksər bölgələrdə böyük obyektlər tikilir. Gedənlərin də sayı həddindən artıq çoxdur. Məsələn, bizim bayram günlərində heç bir bölgədə turist üçün yer tapa bilməzsən. Bizə gələnlərin də sayı kifayət qədərdir. Ötən il 1 milyondan artıq turist gəlmişdi. Biz də onları qəbul edirik, otellərdə yerləşdiririk, avtobuslarla Bakıya, Şəki, Qəbələ və ölkənin digər görməli yerlərinə səfərlər təşkil edirik.
- Hazırda həlli vacib məsələlərdən biri elektron vizaların tətbiqidir. Bu, turizm şirkətlərinin işini asanlaşdırırmı?
- Elektron viza artıq tətbiq olunur. Bütün turizm şirkəti deyil, MTN tərəfindən bir neçə şirkətə icazə verilir ki, elektron viza ilə məşğul olsunlar. Təbii ki, turizm şirkətlərinin işini asanlaşdırır. Elektron viza zamanı heç bir səfirliyə, yaxud digər yerlərə müraciət etmədən əldə etmək olur. Bu, ölkəmizə gələnlər üçün təşkil edilir. Gedənlər üçün çox təəssüf ki, viza məsələsində problem hələ də var. Dünyanın heç bir ölkəsində bu qədər sənəd istəmirlər. Asanlaşdırılmış viza sisteminə keçildiyi bildirilsə də, çoxlu sayda sənəd tələb edirlər. Məsələn, Gürcüstanda viza məsələsi sadələşdirilib. Ötən il bizdə səfirliklər viza ilə bağlı 17 nəfərin müraciətini rədd etdilər. Heç bir səbəb də göstərmirlər. Bir siyahı təqdim edirlər ki, hansı səbəblərə görə turistlər geri qaytarıla bilər. Yazırlar ki, sizin gedib geri qayıtmağınıza heç bir zəmanət yoxdur. Başqa heç nə göstərilmir. Müraciət edənlər imkanlı ailələrdir, müəyyən məbləğdə vəsait ödəyirlər. Məsələn, Karlovı Varı şəhərinə bron edib, 12-13 min avro məbləğində vəsait ödəyənlər var. Problem yarandıqda pullar da batır. Vətəndaş və turizm işçiləri ziyana düşür. Müəyyən məbləği ödənilsə də, vizadan imtina edildikdən sonra otel də pulu qaytarmır. Məcbursan ki, o pulu qaytarasan. Bəzi səfirliklər belə problemlər yaradır. Bizim vətəndaşlar həmin ölkələrdə 10-15 min manat pul xərcləyirlər. Amma xaricilər bizə gəldikdə bu məbləğin yarısını xərcləyirlər. Minlərlə insan Karlovı Varıda 2-3 min avro otelə verir, 6 min manat pul xərcləyirlər. Xaricdən bizə turistlərin gəlməsində heç bir problem yoxdur. Amma bizdə iş yerindən arayış, əməkhaqqı 500 manat olmalıdır, kredit kartın və içində müəyyən məbləğ olması, eləcə də bankdan arayış, kredit kartının surəti, nikah kağızı, şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər tələb olunur.
- “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası” hazırlanıb. Bu strategiyanın ölkədə turizmin inkişafında hansı rolu olacaq?
- Bu gün kifayət qədər turizm obyektləri tikilib. Ölkə başçısı da bildirdi ki, 5 ulduzlu otellər kifayət qədər tikilib, artıq bəsdir, indi 3-4 ulduzlu, qiymətləri aşağı olan otellər tikmək lazımdır. Hazırda iş əsasən bu istiqamətdə aparılır. İndi ikimərtəbəli avtobuslar fəaliyyətə başlayıb. Bunlar hamısı turizmin inkişaf proqramında öz əksini tapıb. Turizmin əsas məqsədi ölkəyə gələn turistlərin sayını çoxaltmaqdır. Ölkənin gəlir əldə etməsi sahəsində fəaliyyətimiz zəifdir. Biz göndərdikdə pul ölkəmizdən gedir, elə etməliyik ki, pul ölkəyə daxil olsun. Qruplar təşkil olunmalıdır, xaricdən turist cəlbi istiqamətində fəaliyyətimiz zəifdir. Xariclə əlaqələrimiz, təbliğat, reklam işlərimiz zəifdir, gərək Almaniya, İtaliya, İspaniya, Fransadan turistləri cəlb edək. Onlar Azərbaycanı görsünlər, ölkəmizlə bağlı yüksək təəssürat yaransın. Getdikcə turistlərin sayı artsın. Çox təəssüf ki, hələ bu sahədə iş zəifdir. Turizmin inkişafı ilə bağlı dövlət proqramında da əsas istiqamətlərdən biri məhz turistlərin ölkəmizə cəlbi ilə bağlıdır. Məsələn, ölkəmizdən minlərlə turist qonşu Türkiyəyə istirahətə getsə də, bu ölkədən bizə turist gəlmir. İş adamları gəlsə də turist kimi gəlmirlər. Onları cəlb etmək lazımdır.
Bir də bizdə qiymətlər xeyli bahadır. Turistləri cəlb etmək üçün onları maraqlandırmaq lazımdır. Xarici turistə bir otaq 500 manat qiymətə dedikdə verməyəcək, 20-30 avroya yer axtarır, əsasən gəzmək, baxmaq istəyir, komfort istəmir. Gəlib görəndə ki, otel 200-250 manatadır, o zaman gəlmir. Qiymətləri tənzimləmək lazımdır, turizm qiymətləri bahadır. Məsələn, Türkiyəyə 700 manata aviabilet, yemək, 7 gün otel, qarşılayıb aparmaq daxildir. Yaxud Dubayda hər şey daxil olmaqla 500 manatdır. Bizdə 500 manata qalmaq mümkün deyil. Bizdə ucuz yerlərin heç birində hovuz yoxdur. Məsələn, Nabranda heç kanalizasiya sistemi yoxdur. Yeməklər aşağı səviyyədə, ancaq 2 nəfərlik yeməyə 100 manat verməli olursan. Bunların hamısını həll etmək lazımdır. Kökündən dəyişiklik etmək lazımdır. Biz bahalı otellər tikməyə başladıq. Gərək elə Nabrandan, Masallıdan, istisulardan, radon vannalarından başlayaydıq. Əhalimiz bu gün müəyyən xəstəlik, məsələn, revmatizma ilə bağlı başqa ölkələrə gedir. 2-3 ulduzlu, insanların cibinə uyğun otellər tikmək lazımdır. Bunlar turizmin eybəcərliklərindən biridir. Açıq desək, mövcud turizm şirkətləri qazanc əldə etməyə çalışır. Yəni müştəri əldə etmək istəyir. Turizmdə nə isə yaratmaq lazımdır. Ölkəmizdə bu sahədə Turizm Assosiasiya fəaliyyət göstərir. Ancaq fəaliyyəti yoxdur.
- Bu gün turizm sektorunda, o cümlədən turizm şirkətlərində çalışan kadrların fəaliyyəti sizi qane edirmi?
- Turizm sahəsində çalışanların fəaliyyəti çox aşağıdır. Bu gün turizm şirkətində 2 min insan çalışır və yeni turfirma açanlar işçi axtararkən qızları işə götürür, xarici görünüşü, müştərini cəlb etmək bacarığı kimi keyfiyyətlər əsasında seçilir. Ancaq gələndə baxırıq ki, heç nə bilmir. Elə qız var ki, 50 firmada işləyib. Turizmin səviyyəsini endirən belə amillərdir. Keyfiyyətli kadrlara ehtiyac var. Bu gün 10 nəfər keyfiyyətli turizm işçisi ancaq tapmaq olar. Bu sahədə çalışan qızların bəziləri təəssüf ki, fırıldaqçılıqla məşğul olurlar. Belə oğlanlar da var. Ali təhsil müəssisələrində yetişən kadrlar isə əsasən otellərdə çalışmağa üstünlük verirlər.
Başqa problemlər də var. Məsələn, turist üçün 235 manata Bakı-Minvod-Bakı üçün təyyarə bileti yazmışam. Turist getmirsə, 100 avro cərimə edilir. Onu müştəriyə demək olmur. Bilet AZAL-ındır.
Bir ölkə üçün 400 turfirma çoxdur. Firmalar arasında da rəqabət yoxdur. Sağlam rəqabət lazımdır. Turfirmaların rəhbərlərini bölgələrə aparmaq lazımdır. Bizdə Antalyaya bilet yayda 600 manata başa gəlir. Ancaq Rusiyada 500 manatdır. Ölkəmizdən Gürcüstana 1 milyon 200 min turist gedir. Əvvəllər 15 dollar otel, indi 50 dollar olub. Dünyada ən yaxşı servis xidməti Türkiyədədir. Bizdə servis yoxdur. Bizdə hara getdikdə deyirlər menyuda kabab var. Mədəniyyət yeməkdən də başlayır. Təkcə kabab menyu demək deyil. Adi salatı bəzən çox kobud şəkildə hazırlayaraq turistə təqdim edirlər. Türkiyədə servis xidməti çox yüksək səviyyədə təşkil olunduğuna görə, otellərdə boş yer tapmaq olmur. Turizmdə bunların hamısı ilə məşğul olmaq lazımdır. Bizdə turizmə alver gözü ilə baxırlar. Məsələn, indi yay turizm mövsümü başa çatdı. Türkiyə turizm firmaları 25 nəfəri dəvət edirlər, 5 ulduzlu otelləri gəzdirirlər, bütün xərcləri ödəyir, təbliğ edirlər. Bizdə isə belə tədbirlər həyata keçirilmir. Bu istiqamətdə addımların atılması vacibdir.
Turizm Azərbaycanın ən gəlirli sahələrindən biri ola bilər. Buna dövlətin dəstəyi lazımdır. Avstriyanın 200 milyard avro büdcəsi var, 9 milyon əhalisi var. 60-70 faiz gəliri turizmdəndir. Bizdə bu sektoru inkişaf etdirmək lazımdır.
Yəqin ki, gələcəkdə yaxşı olacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info