Azərbaycanın gələcəkdə qaz təchizatçısı kimi rolu daha da artacaq
Tarix: 24.09.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev dünən İtaliyanın “Snam” şirkətinin baş icraçı direktoru Karlo Malakarnenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Karlo Malakarne Azərbaycana ilk dəfə səfər etdiyini və qısa zamanda Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin onlarda dərin təəssürat yaratdığını deyib.
Dövlət başçısı bu səfər zamanı İtaliyanın Snam şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına və iki şirkət arasında imzalanacaq Anlaşma Memorandumunun bu əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib. Karlo Malakarne rəhbərlik etdiyi şirkətin Avropada aparıcı infrastruktur operatorlarından olduğunu vurğulayaraq “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edib. O, bu əməkdaşlığın təkcə İtaliya deyil, Avropa səviyyəsində qaz təchizatı baxımından önəmini vurğuladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini söyləyən dövlət başçısı bu istiqamətdə İtaliyanın “Snam” şirkəti ilə Azərbaycan arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib. Avropanın qaz təchizatı sahəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verən qonaq Azərbaycanın Avropanın yeni qaz təchizatçısı kimi önəmini diqqətə çatdırıb. “Cənub” qaz dəhlizinin bütün tərəflər üçün çox əhəmiyyətli layihə olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə aparıcı rol oynadığını qeyd edib. Dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, ölkəmiz “Cənub” qaz dəhlizinin bütün seqmentlərində fəal təmsil olunur. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın gələcəkdə qaz təchizatçısı kimi rolu daha da artacaq. Görüşdə İtaliyanın “Snam” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info