“Əli Kərimli növbəti dəfə sədr seçilməklə Azərbaycan siyasi səhnəsinə çox pis nümunə gətirdi”
Tarix: 28.09.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


“Əfsuslar ki, AXCP-nin Əli Kərimli qanadı növbəti bir siyasi şouya əl atdı. Əli Kərimli növbəti dəfə sədr seçilməklə Azərbaycan siyasi səhnəsinə çox pis nümunə gətirmiş oldu. O sübut etdi ki, onun xalq və millət haqqında danışdıqları quru pafosdan başqa bir şey deyil”.
Bunu AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının ötən gün keçirilən qurultayını şərh edərkən deyib.
R.Nurullayev deyib ki, 25 illik nəticəsiz siyasət aparan, heç bir siyasi uğuru olmayan Əli Kərimli yenidən dörd illik partiyanın sədri seçildi: “Siyasi həyatımda ən absurd siyasi bir qərarın şahidi oldum. O, sədr seçilməməli idi. Yerini daha gənc və perspektivli birinə verməli idi. Əslində, Əli Kərimlinin yenidən sədr seçilməsi ictimai rəyin və demokratik düşüncənin üzünə atılan bir tüpürcək idi. O buna da getdi. Amma sədr seçilməsi onu xilas edə bilməyəcək. Xalq ondan ayrı düşüb və az-çox tərəfdarları da ondan ayrılacaq. Oktyabr ayında keçirəcəyimiz möhtəşəm qurultayla cəmiyyətə gözəl bir mesaj ünvanlamış olacağıq. Düşünürəm ki, artıq siyasətçilər də onu boykot edəcək”.
R.Nurullayev qeyd edib ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP qanadının qurultayında Azərbaycanın siyasi səhnəsində fəal fəaliyyət göstərən və hörmətə layiq şəxslərdən heç kim yox idi: “O öz ətrafında "fırlatdığı" bir neçə nəfərə özünə tərif dedizdirib, hiyləgər-hiyləgər gülümsədi. Amma başa düşmədi ki, hər kəs gördü ki, o təkdir. Bundan sonra isə daha da təklənəcək”.
Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.
Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks təqdirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info